Uşaq Bağçasındaki Kimi Dadlı Verməşilli Südlü Şorba

Yields: 1 Serving

Südlü şorba çoxlarına uşaqlığı xatırladır. Bu doyurucu və sadə desert uşaqlıqda tez-tez analarımız və ya nənələrimiz tərəfindən bişirilib yedirilirdi. Uşaq bağçasına gedən uşaqlar daha çox xatırlayır bu dadı. Evdar.az uşaq bağçasındaki kimi dadlı verməşilli südlü şorbanın reseptini təqdim edir.

Tərkibi:

  • 1 litr süd
  • 200 ml su
  • 100 qr verməşil (spaqetti, burğu makaron və ya fiqurlu makaron -zövqə görə)
  • 25 qr kərə yağı
  • 3 xörək qaşığı şəkər tozu
  • 0,5 çay qaşığı duz
  • zövqə görə vanil

Hazırlanma qaydası:

Dərin bir qazana südü, şəkər tozunu və duzu əlavə edib zəif ocaqda arabir qarışdıraraq qaynadın. Üzərinə 200 ml su əlavə edib qarışdırın (su yağlılığı azaltmaq üçün istifadə edilir). Qaynamağa başladıqda verməşili hissə-hissə əlavə edin. Zəif ocaqda mütəmadi qarışdıraraq təxminən 15 dəqiqə bişirin. Reseptdə makarondan istifadə edəcəksinizsə əvvəlcə başqa bir qabda suda yarım bişənə qədər bişirin və durulayıb südə əlavə edin. Bişən südlü şorbanı ocaqdan götürün və qapağı bağlı şəkildə 15 dəqiqə kənarda saxlayın. Verməşilli südlü şorbanı boşqaba tökün və üzərinə kərə yağı əlavə edib süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir