Karamelləşdirilmiş alma, Avropada və Amerikada ən populyar desertlərdən biri sayılır. Bu dadlı deserti ev şəraitində cəmi bir neçə dəqiqəyə hazırlaya bilərsiniz. Evdar.az karamelli alma desertinin reseptini təqdim edir.
Tərkibi:
- 6 ədəd alma
- 400 qr şəkər tozu
- 100 qr su
- qırmızı qida boyası
- çöp şiş
- xırdalanmış fıstıq və ya şəkərli dənəcik
Hazırlanma qaydası:
İlk öncə almaları yaxşıca yuyunb qurulayın. Almaların orta hissəsinə çöp şişi batırın. Bir qazançaya şəkər tozu və suyu töküb ocaqda qaynadın. Sirop 150 dərəcəyə çatdıqda qırmızı rəng qida boyası əlavə edib qarışdırın və ocaqdan götürün. Çöpə batırılmış almaları siropa bulayıb zövqə görə xırdalanmış fıstığa və ya şəkərli dənəciklərə (tortların bəzədilməsində istifadə edilən ) batırıb yağlı kağız üzərinə yerləşdirin. Bərkiyən alma şəkərini süfrəyə verə bilərsiniz.
Qeyd: Bunun üçün çürük, çox yumşaq olmayan alma seçməlisiniz.
Nuş Olsun!