Viruslara Qarşı Müqavimət Artıran Soyuq Çuğundur Şorbası

Yields: 1 Serving

Tərkibindəki nitratla yüksək təzyiq salıcı təsirə malik olan çuğundur orqanizmdə iltihabla mübarizə aparır. Çuğundur yüksək C vitamini və folat tərkibinə əlavə olaraq, yüksək su tərkibi ilə nəmləndirməni dəstəkləyir. Bundan əlavə tərkibindəki liflə iştahı azaldaraq arıqlamağa kömək edən çuğunduru soyuq borş kimi süfrələrinizə əlavə etmək lazımdır. Evdar.az çuğundur şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd böyük ölçülü çuğundur
  • 1 xörək qaşığı üzüm sirkəsi
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 stəkan süzülmüş qatıq
  • 2 xörək qaşığı labne pendiri
  • 1 çay qaşığı duz
  • ½ çay qaşığı istiot

Hazırlanma qaydası:

Çuğunduru yaxşıca yuyub qabığı ilə birlikdə yumşalana qədər qaynadın. Bişən çuğundurun qabığını soyub kub formasında doğrayın və mətbəx robotuna tökün. Üzərinə sirkə, zeytun yağı, duz və istiot əlavə edib püre halına gələnədək əzin. Ayrı bir qabda süzülmüş qatıq və labneni yaxşıca qarışdırın. Bir qabda çuğundur püresi ilə qatıq qarışığını qarışdırın. Hazırladığınız çuğundur şorbasını souducuya yerləşdirin. Süfrəyə soyuq halda verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir