Son illərdə istehlakı sürətlə artan brokoli xərçəng hüceyrələrin azalmasında aktiv rol oynayır. Maddələr mübadiləsini sürətləndirməkdən əlavə, toksinlərin atılmasını da asanlaşdırır.Brokoli ilə pəhriz salatının bir porsiyası təxminən 30 kaloridir. Bu vitaminlə zəngin resepti nahar və axşam yeməyində istifadə edə bilərsiniz. Evdar.az brokolidən hazırlanan pəhriz salatının reseptini təqdim edir.
Vitaminlə Zəngin Brokolili Pəhriz Salatının tərkibi:
- 200 qr brokoli
- 120 q yaşıl lobya (paxla)
- 30 qr qaynadılmış bulqur
- 1 ədəd xiyar
- 1/2 ədəd avokado
- 1 xörək qaşığı qovrulmuş kətan toxumu
- 1 çimdik cəfəri
- 1 çimdik nanə
- 1 ovuc cücərmiş maş lobya
- 2 çay qaşığı limon suyu
- 1 çay qaşığı zeytun yağı
Vitaminlə Zəngin Brokolili Pəhriz Salatının hazırlanma qaydası:
Əvvəlcə brokolini kiçik parçalara ayırın. Brokoli və paxlanı birlikdə buxarda qısa müddətə bişirin. Bişirdikdən sonra soyuq su ilə yuyub süzün. Dərin bir qaba buxarda bişmiş brokoli və paxla, qaynadılmış bulqur, dilimlənmiş xiyar, avokado, kətan toxumu və maş lobya cücərtilərini əlavə edib qarışdırın. Üzərinə doğranmış cəfəri və nanə səpin. Salatınızın üzərinə limon suyu və zeytun yağı səpib süfrəyə verin.
Nuş Olsun!