Marketlərdə insan sağlamlığını təhdid edən, təbii olmayan meyvə şirələri satılır. Tərkibində kimyəvi maddələr olan qazlı içkilər əvəzinə ev şəraitində özünüz faydalı içki hazırlaya bilərsiniz. Bu zərərsiz içkinin tərkibində antioksidant təsiri olan alma ürək-damar xəstəlik riskini azaldır, xərçənglə mübarizə aparır və qan şəkərini tənzimləyir. İstiot həzmi yaxşılaşdırır, darçın antioksidantdır. Eyni zamanda qanda şəkərin səviyyəsinə nəzarət edir, beyin funksiyasını inkişaf etdirir, ürək problemlərinə qarşı qoruyur və bədən temperaturunu artıraraq metabolizmin sürətlənməsinə kömək edir. Evdar.az bu faydalı içkinin reseptini təqdim edir.
Tərkibi:
- 1 ədəd xiyar
- 1 ədəd yaşıl alma
- 1 çay qaşığı bal
- 2 ədəd darçın çubuğu
- təzə üyüdülmüş istiot
Hazırlanma qaydası:
Bir almanı nazik dilimləyin və bir bankanın içərisinə yerləşdirin. Xiyarları da nazik kəsib bankaya əlavə edin. Bal və təzə üyüdülmüş istiotdan bir çimdik əlavə edin. Bankaya bir az boşluq qalacaq qədər su doldurun. Ən sonda darçın çubuğunu da əlavə edin və 1 gecə soyuq yerdə gözlədin. İçkini süzün və için.
Nuş Olsun!