Xama ilə ətirli və ləzzətli bir yay omletini hazırlayın. Bu dadlı səhər yeməyi faydalı və qidalandırıcıdır. Evdar.az xamalı yay omletinin reseptini təqdim edir.
Tərkibi:
- 3 ədəd yumurta
- 50 qr xama
- 80 qr pomidor
- 40 qr şirin bibər
- 40 qr bərk pendir
- 30 qr bitki yağı
- duz, istiot zövqə görə
- üzəri üçün göyərti
Hazırlanma qaydası:
Pomidorları yuyub dilimləyin. Zövqə görə qabığını soyub doğraya bilərsiniz. Bibəri də tumlarından təmizləyib savanvari doğrayın. Tavada yağı qızdırıb pomidor və bibərləri 3-4 dəqiqə yumşalanadək qovurun. Yumurtanı bir qaba sındırıb çəngəllə çırpın. Üzərinə duz, istiot əlavə edib qarışdırın. Yumurtanın üzərinə xama əlavə edib qarışdırın. Qovrulmuş tərəvəzlərin üzərinə xamalı yumurtanı töküb ocağı zəiflədib tavanın qapağını örtüb. Omleti 3 dəqiqə qapağı bağlı şəkildə bişirin. Pendiri sürtgəcdən keçirib omletin üzərinə səpin. Hazır omleti isti halda süfrəyə verin.
Nuş Olsun!