Heç bir tərəzi və stəkan ölçüsü istifadə etmədən ətirli və ləziz keks hazırlaya bilərsiniz. Evdar.az 6 xörək qaşığı ilə ölçülən, asan hazırlanan xoş, zərif dadlı keksin reseptini təqdim edir.
6 Qaşıq Keksin tərkibi:
- 6 xörək qaşığı şəkər tozu
- 6 xörək qaşığı bitki yağı
- 6 xörək qaşığı qatıq (kefir və ya süd)
- 6 xörək qaşıq un
- 4 ədəd yumurta
- çimdik duz
- 1 paket vanil
- 1 paket qabartma tozu
Ara qatı üçün:
- 400 qr mürəbbə və ya cem (meyvə, giləmeyvə)
6 Qaşıq Keksin hazırlanma qaydası:
İlk öncə yumurtaları mikserlə yaxşıca çırpın. Üzərinə 6 xörək qaşığı şəkər tozu əlavə edib çırpmağa davam edin. 6 xörək qaşığı bitki yağı əlavə edib taxta qaşıqla və ya spatulayla aşağıdan yuxarıya çevirərək ehtiyyatla qarışdırın. Daha sonra 6 xörək qaşığı kefir (qatıq və ya süd), çimdik duz, vanil və qabartma tozu əlavə edib qarışdırın. 6 xörək qaşığı unu da əlavə edib qarışdırın. Xəmirin yarısını yağlı kağız sərilmiş dördbucaqlı soba sinisinə yayıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. 15 dəqiqə bişən korju sobadan çıxarıb üzərinə cemi yaxın və qalan xəmiri də cemin üzərinə yayıb yenidən 15-20 dəqiqəlik sobaya yerləşdirin. Keksi sobadan çıxarıb 10 dəqiqə kənarda dincəldin. Daha sonra yağlı kağızı ehtiyyatla çıxarın və zövqə görə üzərinə şəkər kirşanı səpib dilimləyin. Ləziz keksi çay süfrəsinə verə bilərsiniz.
Nuş Olsun!