Category: Ət Yeməkləri
Cuisine: Türk Mətbəxi
Yields:
1 Serving
Türk mətbəxinin əvəzolunmaz dadlarından biri də ətli pazı dolmasıdır. Bu ləziz dolmanın digər dolmalardan fərqi azacıq turş dadı olmasıdır. Dadı ilə yanaşı sağlamlıq üçün də çox faydalıdır. Evdar.az ətli pazı dolmasının reseptini təqdim edir.
Ətli Pazı dolmasının tərkibi:
- 3 dəstə pazı
İçlik üçün:
- 400 qr az yağlı dana qiymə
- 1 ədəd soğan
- 1 stəkan düyü
- 4 xörək qaşığı duru yağ
- 1 çay qaşığı nanə qurusu
- 1 çay qaşığı qırmızı bibər tozu
- 1 çay qaşığı istiot
- 1 çay qaşığı duz
Sousu üçün:
- 1 xörək qaşığı bibər tomatı
- 1 çay qaşığı istiot
- 1 çay qaşığı sumaq
- 1 diş sarımsaq
- 2 stəkan isti su
- 2 xörək qaşığı duru yağ
- 1 çay qaşığı duz
Ətli Pazı dolmasının hazırlanma qaydası:
Dolmanın içliyini hazırlamaq üçün bir dərin bir qaba az yağlı dana qiymə və kiçik kub formasında doğranmış soğanı qarışdırın. Başqa bir qabda düyünü isti suda saxlayıb süzün və içliyə əlavə edin. Nanə qurusu, duz, istiot, qırmızı bibər tozu və duru yağ töküb yaxşıca qarışdırın.
Pazıları ilk öncə qaynar suya salın. Yarpaqları tünd yaşıl olduqda sudan çıxarıb damarcıqlarını (və ya sərt hissəsini) çıxarın və dərhal buzlu suya batırın. Bu qaydayla pazıları hazırlayın və içlikdən 1 xörək qaşığı əlavə edib bükün. Qazanın dibinə pazının damarcıqlarını sərin və üzərinə ətli içliklə doldurulmuş dolmaları düzün.
Bir qabda içərisinə bibər tomatı, əzilmiş sarımsaq, pul bibər, sumaq, duru yağ və isti suyu əlavə edib qarışdırın. Hazırladığınız sousu dolmaların üzərinə töküb pazı yarpaqları ilə örtün. Qazanın qapağını bağlayın və zəif ocaqda içlik və yarpaqlar bişənə qədər təxminən 20 dəqiqə bişirin. Dolmaların üzərinə zövqə görə limon dilimi də düzə bilərsiniz. Bişən dolmanın süfrəyə ev şəraitində hazırlanmış qatıqla verə bilərsiniz.
Nuş Olsun!