Yayın Trendi-Bişməyən Meyvəli Tiramisu

Yields: 1 Serving

Yay aylarında bişməyən yüngül və sadə desertlər trenddədir. İsti havada soba yandırmaq istəməyənlər şaftalı dilimləri ilə tez bir zamanda tiramisu hazırlaya bilər. Meyvəli tiramisu son zamanlar tortlar arasında favorit bir reseptdir. Evdar.az çay və qəhvə üçün ideal bir desert olan meyvəli tiramisu reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr xama
  • 300 qr qatılaşdırılmış süd
  • 200 qr savoyardi peçenyesi
  • 1-2 ədəd şaftalı
  • 15 qr jelatin
  • 150 ml su
  • 250 ml qəhvə
  • zövqə görə kakao

Hazırlanma qaydası:

Bir qabda xama və qatılaşdırılmış südü mikserlə yaxşıca çırpın. Şaftalını yaxşıca yuyub tumunu çıxarın və nazik dilimləyin. Bir qabda jelatinin üzərinə su töküb 15 dəqiqə kənarda saxlayın. Su hamamında jelatini həll edin. İlıtdıqdan sonra jelatini xamalı kütləyə əlavə edib qarışdırın. Qəhvəni dəmləyin. Dairəvi, kənarları açılan qəlibə yağlı kağız sərin. Peçneyelərin yarısını qəhvəyə batırıb qəlibə düzün. Üzərinə hazırladığınız kremdən yaxıb şaftalı dilimlərinin yarısını düzün. İkinci qat peçenyeni də qəhvəli suya batırıb düzün. Yenə krem yaxın və şaftalı dilimi düzüb qalan kremi də yaxın. Tiramisunun üzərinə kakao ələyib minimum 2 saatlıq soyuducuya yerləşdirin. Bişməyən tort o qədər yüngüldür ki, necə yediyinizi hiss etməyəcəksiniz. Bu desertdə heç bir ağırlıq və şəkərli dad yoxdur.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir