Çox yüngül və hazırlanması asan, kalorisiz, ləziz pəhriz salatı. Evdar.az ye və arıqla salatının reseptini təqdim edir.
“Ye və Arıqla” Salatının tərkibi:
- yarım kq pekin kələmi
- 1 ədəd təzə xiyar
- yarım və ya 1 bütöv bolqar bibəri
- yarım və ya 1 bütöv qırmızı soğan
- 1 ədəd orta ölçülü təzə yerkökü
- zöqə görə 3-4 ədəd kərəviz sapı
- duz, istiot
- 1-2 xörək qaşığı limon suyu
- 3-4 xörək qaşığı zeytun yağı və ya günəbaxan yağı, kətan toxumu yağı
“Ye və Arıqla” Salatının hazırlanma qaydası:
İlk öncə kələmi doğrayın. Xiyarı və bolqar bibərini samanvari doğrayın. Soğanı nazik yarımhalqa formasında doğrayın. Yerkökünü koreyasayağı sürtgəcdən keçirin. Əgər belə sürtgəc yoxdursa, adi sürtgəcdən istifadə edə və ya yerkökünü bıçaqla nazik zolaqlara kəsə bilərsiniz. Bu salata kərəviz sapı da əlavə edə bilərsiniz. Əgər onu bəyənmirsinizsə və ya əlinizdə yoxdursa, onsuz da dadlı salat hazırlaya bilərsiniz. Kərəvizin qalın liflərini çıxarıb atın və kərəvoz sapını doğrayın. Salat qabına doğradığınız tərəvəzləri töküb duz, istiot, yağ və limon suyu töküb qarışdırın. Salat hazırdır!
Nuş Olsun!