Yeməklərin Yanında Xüsusi Ləzzət Yaradan Assorti Turşusu

Yields: 1 Serving

Assorti turşusu fərqli tərəvəzlərin birləşməsindən hazırlanır. Bu turşu yeməklərin yanında xüsusi ləzzət yaradır. Evdar.az qarışıq turşunun reseptini təqdim edir.

Yeməklərin Yanında Xüsusi Ləzzət Yaradan Assorti Turşusunun tərkibi:

  • 3-4 kq gül kələmi
  • 2-3 kq kələm
  • 3-4 ədəd kök
  • 500 qr rəngli bibər
  • göy pomidor
  • 1-2 baş sarımsaq
  • 3-4 ədəd acı bibər
  • 1 dəstə cəfəri
  • dənə istiot
  • 8-10 ədəd dəfnə yarpağı
  • şüyüd toxumu və ya qurusu
  • zövqə görə keşniş toxumu
  • 1 ədəd limon və ya limon duzu
  • 5-6 ədəd çiy noxud
  • 3 kq balon üçün 1 stəkan üzüm sirkəsi
  • 3 xörək qaşığı duz
  • apardığı qədər su

Yeməklərin Yanında Xüsusi Ləzzət Yaradan Assorti Turşusunun hazırlanma qaydası:

İlk öncə gül kələmini yarpaqlarından ayırın. Kələmi də böyük hissələrə doğrayın. Yerkökünü təmizləyib halqabari doğrayın. Sarımsaqları təmizləyin. Göy pomidorları da doğrayın. Rəngli bibərləri təmizləyib istədiyiniz ölçüdə doğrayın. 3 kq balo üçün 3-4 dənə noxud töküb ilk gül kələm yarpaqlarını, daha sonra kələmi və təmizləyib doğradığınız tərəvəzləri yerləşdirin. Ara qatlarına sarımsaq, dəfnə yarpağı, şüyüd toxumu və ya qurusu, keşniş toxumu, limon dilimləri və ya limon duzu, acı bibər, dənə istiot və cəfərini də yerləşdirin. Duz, sirkə və balon dolacaq qədər su töküb qapağını bağlayın. Qarışıq turşunu sərin yerdə saxlayın.

Əlavə qeyd:

  • 5 kq-lıq balon üçün 1, 5 stəkan üzüm sirkəsi
  • 4-5 xörək qaşığı duz

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir