Category: Qəlyanaltılar
Yields:
1 Serving
Sarımsaq və göyərti əlavə edilmiş kərə yağı bir çox yeməklərə qeyri-adi ləzzət qatır. Ev şəraitində hazırladığınız bu kərə yağını streç salafana büküb, daha sonra dilimləyərək isti çörəklə də süfrəyə verə bilərsiniz. Evdar.az sarımsaqlı kərə yağının reseptini təqdim edir.
İlk öncə 100 qr kərə yağını otaq temperaturunda yumşaldın. Bir qabda 2 diş sarımsağın üzərinə 1 çay qaşığı duz töküb əzin. Kərə yağının içərisinə sarımsağı, bir az kəklikotu və çox xırda doğranmış 2 xörək qaşığı cəfəri əlavə edib yaxşıca qarışdırın. Sarımsaqlı kərə yağını bir qaba qoyub qapağını bağlayaraq soyuducuda saxlayın. Və ya streç salafanın üzərinə töküb rulet forması verərək büküb saxlaya bilərsiniz. Süfrəyə verdikdə dilimləyə bilərsiniz.
Nuş Olsun!