Yeni İl Süfrəsi Üçün “Əjdaha Yumurtası” Salatı

Yeni İl Sufresi ucun Ejdaha Yumurtası Salatı
Yields: 1 Serving

Yeni il bayram süfrəsində gələn ilin simvolu ilə əlaqəli bir şey olmasını istəyirsinizsə bu salat sizin üçündür. Evdar.az qonaqlarınızı təəccübləndirəcək və sevindirəcək “Əjdaha Yumurtası” salatının reseptini təqdim edir.

Yeni İl Süfrəsi Üçün “Əjdaha Yumurtası” Salatının tərkibi:

  • 1 ədəd toyuq filesi
  • 3 ədəd yumurta
  • 100 qr bərk pendir (holland və s.)
  • 100 qr balqabaq tumu
  • 3-4 xörək qaşığı mayonez
  • zövqə görə duz

Yeni İl Süfrəsi Üçün “Əjdaha Yumurtası” Salatının hazırlanma qaydası:

İlk öncə toyuq filesini duzlu suda qaynadıb bişirin. Bişən toyuq filesini soyuduqdan sonra didin. Başqa bir qabda yumurtanı suda bişirib soyudun. Soyuyan yumurtaları da kiçik kub formasında doğrayın. Bərk pendiri sürtgəcdən keçirin. Bir qabda toyuq filesi, yumurta, pendir, duz və mayonez əlavə edib qarışdırın. Salatı boşqaba qoyub yumurta forması verin. Üzərinə nazik bir qat mayonez yaxın. Salatın üstünə bir-birinə sıx şəkildə balqabaq toxumları düzün. Salat hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir