Category: Salatlar
Yields:
1 Serving
İşdən yorğun gəlib mətbəxdə çox vaxt keçirmədən dadlı, yüngül və enerji verən ləziz bir salat hazırlaya bilərsiniz. Evdar.az yorğun iş günündən sonra tez hazırlanan salatın reseptini təqdim edir.
Yorğun İş Günündən Sonra “5 Dəqiqə Salatı”
Tez Hazırlanan Salatın tərkibi:
- 400 qr krab çubuqları
- 500 qr koreyasayağı yerkökü
- 4 ədəd yumurta
- 150 qr holland pendiri
- mayonez
- zövqə görə duz, istiot
Tez hazırlanan salatın hazırlanma qaydası:
Yumurtaları suda bişirib soyudun. Soyuyan yumurtaların qabığını soyub sürtgəcdən keçirin. Holland pendirini də sürtgəcdən keçirin. Krab çubuqlarını samanvari doğrayın. Salatı hazırlayacağınız qaba doğranmış krab çubuqları, sürtgəcdən keçirilmiş yumurta, holland pendiri, koreyasayağı yerkökü və mayonez əlavə edib qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz!
Ən dadlı salat reseptləri Ən Dadlı Kulinariya saytında!
Nuş Olsun!
