Category: Qəlyanaltılar
Yields:
1 Serving
Yorğun iş günündən sonra yemək bişirməyə həvəsiniz və ya vaxtınız yoxdur? Belə vəziyyətlərdə qaymaqlı göbələk qovurması sizi xilas edəcək və tezbazar hazırlaya biləcəyiniz ləziz yeməklərdən biridir. Evdar.az qaymaqlı göbələk qovurmasının reseptini təqdim edir.
Qaymaqlı Göbələk Qovurmasının tərkibi:
- 1 paket göbələk (350-400 qr)
- 1 diş sarımsaq
- 1 paket qaymaq (200 ml)
- 2 xörək qaşığı zeytun yağı
- duz, istiot, qırmızı bibər tozu
- 1 çimdik kəklikotu
Qaymaqlı Göbələk Qovurmasının hazırlanma qaydası:
İlk öncə göbələkləri halqa formasında doğrayın. Tavaya zeytun yağı əlavə edib göbələkləri qızardın.Sarımsağı sarımsaq əzəndən keçirib göbələklərin üzərinə əlavə edin. Duz, istiot və qırmızı bibər tozu əlavə edib qovurmağa davam edin. Qaymağı da əlavə edib zəif ocaqda 2 dəqiqə qovurub ocaqdan götürün. Zövqə görə üzərinə doğranmış göyərti əlavə edib süfrəyə verə bilərsiniz.
Əlavə qeyd: Qaymağı əlavə etdikdən sonra duz və istiot tökməyin. Əks halda, qaymağın çürüməsinə səbəb ola bilərsiniz.
Nuş Olsun!