Yumurtasız Və Südsüz Universal Mayalı Xəmir

Yields: 1 Serving

Piroq, pizza, bulka və pirojki üçün çox xərc çəkmədən südsüz və yumurtasız mayalı xəmir hazırlaya bilərsiniz. Evdar.az universal xəmirin reseptini təqdim edir.

 Tərkibi:

  • 900-1000 qr un
  • 500 ml su
  • 30 qr yaş maya və ya 10 qr quru maya
  • 50 ml bitki yağı
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

Oparanı hazırlamaq üçün xəmir yoğurma qabına əlinizlə yaş mayanı əzib tökün. Üzərinə şəkər tozu əlavə edib maye olanadək əzərək qarışdırın. İlıq suyu da töküb qarışdırın. Üzərinə 100 qr un əlavə edib tel çırpıcıyla topaq qalmayanadək çırpın. Hazırladığınız oparanı üzərini mətbəx dəsmalıyla örtüb 10-15 dəqiqəlik mayalanması üçün isti yerə qoyun.

Mayalanan oparanın üzərinə bitki yağı, duz və az-az unu tökərək xəmir yoğurun. Xəmiri yumşaq, ələ yapışmayan və elastik olanadək yoğurun. Təmiz bir qabı bitki yağıyla yağlayın və xəmiri ora yerləşdirib üzərinə streç salafan keçirin. Xəmiri 40-50 dəqiqəlik isti yerə mayalanması üçün qoyun. Xəmirin həcmi 2-3 dəfə artmalıdır. Mayalı xəmir hazırdır. Bu xəmirdən içlikli bulka, piroq və pirojki hazırlaya bilərsiniz. Hətta bu xəmirdən pizza da hazırlamaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir