Zərif “Xrizantema” Peçenyesi

Yields: 1 Serving

Çayın yanına gül formasında peçenye hazırlaya bilərsiniz. Evdar.az zərif “Xrizantema” peçenyesinin reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd yumurta
  • 100 qr kərə yağı
  • 80 qr şəkər kirşanı
  • 1 paket vanil
  • 320-350 qr un
  • 1 çay qaşığı qabartma tozu

Hazırlanma qaydası:

İlk öncə otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə yumurta, şəkər kirşanı, vanil, qabartma tozu töküb qarışdırın. Unu da hissə-hissə əlavə edib xəmir yoğurun. Xəmiri streç salafana büküb 15 dəqiqə kənarda saxlayın. Daha sonra xəmiri kiçik qoz boyda kündələr edin. Bir kündəni dəzgahın üzərində əlinizlə uzunsov yayın. Uzunsov yaydığınız xəmiri oxlovla hamarlaşdırın. Xəmirin bir hissəsindən tutub digər hissəsinə üzərinə örtün. Daha sonra bıçaqla kəsiklər atın. Yuvarlayaraq xrizantema gülü forması verin. Bu qaydayla qalan kündələri də büküb hazırlayın. Gül formasında olan xəmirləri yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzərin qızarana qədər bişirin. Bu reseptlə 12-13 ədəd gül peçenyeləri hazırlamaq olur.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir