Əfsanəvi “Çinar” Şokoladının Ev Şəraitində Hazırlanma Qaydası

Yields: 1 Serving

Bir vaxtlar Azərbaycan brendi olan, dadı damaqda qalan “Çinar”şokoladını ev şəraitində hazırlaya bilərsiniz. Evdar.az dadlı şokoladın reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr peçenye (sport)
  • 250 qr qoz-fındıq ləpəsi (qovrulmuş)
  • 100 qr əridilmiş kərə yağı
  • 350 qr qatılaşdırılmış süd
  • 200 qr şokolad

Hazırlanma qaydası:

İlk öncə peçenyeni blenderlə xırdalayın.Qovrulmuş qoz-fındıq ləpəsini də blenderlə xırdalayın. Bir qabda xırdalanmış peçenye və qoz ləpəsini qarışdırın. Üzərinə əridilmiş kərə yağını və qatılaşdırılmış südü töküb qarışdırın. Hazırladığınız qarışığı yağlı kağız sərilmiş kvadrat qəlibə yayıb hamarlaşdırın. Üzərinə yağlı kağız örtüb 1-2 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxartdıqdan sonra kiçik kub formasında dilimləyin. Hər dilimi əridilmiş şokolada hər tərəfli batırıb yağlı kağız üzərinə düzün. Şokoladın bərkiməsi üçün konfetləri soyuducuya yerləşdirin. Soyuducudan çıxarıb üzərinə zövqə görə xırdalanmış ləpəylə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir