Ət Yeməklərinin Yanında Möhtəşəm Dad Ahəngi Yaradan Baba Qanuş

Yields: 1 Serving

Baba qanuş son zamanlar çox məhşurlaşan yaxın Şərq məzəsi-qəlyanaltısıdır. Bir çox yeməklərin yanında asanlıqla hazırlaya biləcəyiniz soyuq bir məzə reseptidir. Evdar.az ləzzətli qəlyanaltının reseptini təqdim edir.

Tərkibi:

  • 4-5 ədəd badımcan
  • 2-3 diş sarımsaq
  • 1 xörək qaşığı tahin(küncüt əzməsi)
  • 2 çay qaşığı zeytun yağı
  • yarım limonun suyu
  • zövgə görə duz, istiot, pul bibər
  • 1/4 çay qaşığı cirə
  • 1 çay qaşığı labne pendiri və ya süzmə və ya qatıq (istəyə görə)

Hazırlanma qaydası:

İlk öncə badımcanın üzərində çəngəllə dəliklər açıb soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Bişən badımcanların qabığını soyub içini soyudun və çəngəllə əzin. Üzərinə 2-3 diş sarımsağı sürtgəcdən keçirib və ya sarımsaqəzən keçirib əlavə edin. Yarım limonun suyunu sıxıb badımcanın üzərinə əlavə edin. Daha sonra üzərinə tahin pastası (küncüt əzməsi), duz, istiot, pul bibər,cirə və zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Üzərinə 1 qaşıq labne pendiri və ya süzmə və ya qatıq əlavə edib qarışdırın. Hazır qəlyanaltını 3-4 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxartdıqdan sonra üzərini zeytun yağı, pul bibər və cəfəriylə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir