Bütün yaş qruplarında rast gəlinən və laqeyd yanaşdıqda həyatı təhdid edən şəkərli diabet qidaların müalicəvi gücü sayəsində qarşısı alına bilən xəstəliklərdəndir. Genetik faktorlar, stress, qeyri-sağlam qidalanma və hərəkətsizlik kimi səbəblər zamanla diabetin əsasını hazırlayır. Mütəxəssislərin açıqlamalarına görə, müəyyən qidalar müntəzəm istehlak edildikdə qan şəkərini tənzimləyərək şəkər xəstəliyinin qarşısını alır və adətən şəfa olur. Evdar.az şəkər xəstəliyini müalicə edən möcüzəvi qidaların siyahısını təqdim edir.
Brokoli
Brokoli kimi, kələm də çox aşağı karbohidratlı dəyəri ilə tanınan tərəvəzdir. Şəkər xəstəliyi ilə təbii mübarizə aparan bu tərəvəz qan şəkərini tarazlayır və gündəlik C vitamini ehtiyacını ödəyir.
Avokado
Omeqa 3 ehtiyatı olan avokado şəkərli diabetdə qan şəkərini balanslaşdırarkən ürək və təzyiq narahatlıqları üçün əsas qidadır.
Çay
Mütəxəssislər yaşıl çay və ya qara çayın şəkərsiz olması şərti ilə hər gün istehlak edilməli olduğunu deyirlər. Tərkibindəki yüksək miqdarda antioksidantlar sayəsində qan şəkərini tənzimləməyə kömək edir.
Paxlalılar
Liflə zəngin olan paxlalılar yalnız diabet xəstələrinin deyil, hər kəsin həftədə ən az iki dəfə istehlak etməli olduğu qida qrupundadır. Bu aşağı karbohidratlı qidalar qanda şəkər səviyyəsini tarazlaşdırır.
Tünd şokolad
Şəkəri az və bol kakao olan tünd şokolad, zəngin antioksidant mənbəyi olmaqla yanaşı, insulin müqavimətini də azaldır.
Sarımsaq
Xərçəng riskini azaltmaqla yanaşı, sarımsaq xolesterolu tarazlaşdırır və qan təzyiqini tənzimləyir. Bu səbəbdən diabetlə mübarizədə istehlak edilməsi lazım olan qidalardan biridir.
Yulaf lopası
Liflə zəngin olan yulaf lopası şəkərdəki yüksək karbohidratları tarazlaşdırmaqda mütəxəssisdir.
Alma
Xolesterol və ürək xəstəlikləri olanların axtarılan qidası olan alma, qan şəkərini tarazlaşdıraraq diabetlə mübarizə aparan gizli silahlardan biridir.
Balıq
Ən sağlam zülal qaynaqlarından biri olan balıq, Omeqa 3 deposu olduğu üçün yalnız diabet xəstələrinin deyil, hər kəsin istehlak etməsi lazım olan bir qidadır.
Qulançar
Qulançar insulin istehsalını artırdığı üçün xüsusilə 2-ci tip diabet xəstələrinə tövsiyə edilir.
Şirin kartof
Kartofdan fərqli olaraq, şirin kartof insulin müqavimətini azaldır, xolesterini aşağı salır və qanda şəkər artımının qarşısını alır.
Çərəzlər
Tərkibində sağlam yağlar baxımından çox zəngin olan çərəzlər, balanslaşdırılmış şəkildə istehlak edildikdə qan şəkərinə nəzarəti asanlaşdırır.
İspanaq
Lifli yaşıl yarpaqları sayəsində diabet xəstələrinə mütləq mütəxəssislər tərəfindən tövsiyə edilir.
Qatıq
Yüksək miqdarda kalsium olan qatıq gündəlik qidalanma vərdişlərində mütləq olmalır. Qatığın 2-ci tip diabet riskini azaltdığı müəyyənləşib.
Qırmızı meyvələr
Xüsusilə 2-ci tip şəkərli diabet xəstələri üçün antioksidant və lif deposu olan qırmızı meyvələr insulin istehsalına kömək edərkən, 1-ci tip diabet xəstələri üçün qan şəkərini tarazlaşdırmaq baxımından çox əhəmiyyətlidir.
Kətan toxumu
Sağlam yağ, lif və zülal anbarı olan kətan toxumu diabetlə mübarizədə axtarılan qidadır.
Balqabaq tumu
Çərəz olan balqabaq tumları Omeqa 3 ilə çox zəngindir. Bu aşağı karbohidratlı qida qan şəkərini balanslaşdırır və eyni zamanda bir dəmir anbarıdır. Balanslaşdırılmış şəkildə istehlak edildiyi təqdirdə günəbaxan tumları da yaxşı seçimdir, lakin balqabaq tumları xüsusilə istehlak edilməsi lazım olan qidalardan biridir. Yenə də porsion miqdarını tənzimləməyi yadda saxlamaq faydalıdır.
Darçın
Darçın şirin ehtiyaclarınızı ödəyə biləcək yaxşı ədviyyatdır. Bundan əlavə, araşdırmalar sübut edib ki, darçın qan şəkərini sabitləşdirir.
Alternativ tibb üsulunu tətbiq etməzdən əvvəl hər hansı bir əks təsir və allergiya üçün həkiminizlə məsləhətləşin!