Faydalı Faydalı Məsləhətlər

Təbii Məhsullarla Sobanı Təmizləməyin Ən Asan Yolu

Yoldaşımıza, dostumuza, ailəmizə bəxş etdiyimiz ləzzətlərin bir çoxu evimizdəki sobaların sayəsində reallaşır. Tortları, çörəkləri, börəkləri, pizzaları iştahla yemək nə qədər qısa sürürsə soba təmizliyi də çox təəssüf ki, bir o qədər uzun və əziyyətli olur. Xüsusilə nizamlı təmizlənməyən sobaların daxili səthindəki qalıqlar böyük çətinlik yaradır. Lakin, qurumuş çirkləri çıxarmağın artıq çox asan bir yolu var!

Artıq soba təmizliyi üçün elə saatlarınızı və gücünüzü sonuna qədər xərcləmənizə gərək qalmayacaq! Marketlərdə satılan kimyəvi maddələrin yerinə təbii olaraq hazırlayacağınız bu qarışıqla sobanızdaki ləkələri rahatlıqla çıxara biləcəksiniz. Beləcə həm kimyəvi maddələrdən xilas olarsınız, həm də maddi mənada qənaət etmiş olarsınız. Evdar.az soba təmizləməyin ən asan yolunu təqdim edir.

Tərkibi:

  • 1 stəkan su
  • 1/3 stəkan sirkə
  • 1/3 stəkan duz
  • yarım stəkan karbonat

Hazırlanma qaydası:

Bütün vəsaitləri bir qabın içərisində qarışdırın. Yağlı bölgəyə; bu bölgə soba xaricində yağ tutmuş bölgələr də ola bilər, diş pastası köməyilə yaxşıca yayın. Sürdüyünüz qarışığı 2 dəqiqə gözlədin, yağların qabardığını görəcəksiniz. İlıq su və bez köməyilə yağlı bölgəni təmizləyin. Karbonatlı qarışıq ilə yağ ləkələrindən xilas olmanın nə qədər də asan olduğunu gördükdə heyrətlənəcəksiniz.

Soba şüşəsinin təmizliyi üçün..

Bir miqdar qabartma tozu və suyu qarışdıraraq qatı bir məcun hazırlayın. Pastanı şüşəyə tətbiq edin və yarım saat gözləyin. Çirki aradan qaldırmaq üçün süngər və ya parçadan istifadə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir