Faydalı Sağlamlıq Haqqında

Tərkibində Ət Qədər Protein Olan Qidalar

Bəzi səbəblərdən bir çox insan vegan və vegeterianların kifayət qədər protein qəbul etmədiyini düşünür. Ancaq ətdən başqa bir çox şeydən protein almağın yolları var. Ən azı bir toyuq parçası qədər zülal verən yüzlərlə bitki mənşəli protein mənbəyi qidalar var. Bitki mənşəli qidalanmaq istəyirsinizsə, ancaq kifayət qədər protein nələrdən alacağınızı bilmirsinizsə, Evdar.az alternativləri təqdim edir.

Yetişməmiş Soya Lobyası (Edamame)

Bitki mənşəli protein mənbələri arasında olan bir stəkan yetişməmiş soya lobyasında 19 qram protein var. Mükəmməl bir qəlyanaltı üçün yetişməmiş soya lobyasını bir az duzla buxarda bişirin və ya qızardın.

Noxud

1 stəkan noxudda təxminən 15 qram protein var. Noxuddan bol vitaminli kotlet hazırlaya bilərsiniz. Marketlərdə noxuddan hazırlanan bir çox məhsulları tapa bilərsiniz.

Mərcimək

Qırmızı, yaşıl, sarı və ya qəhvəyi …İstədiyiniz rəngdə mərciməyi rahatlıqla yeyə bilərsiniz. Hamısı bir ləzzət mənbəyi olan bu mərciməklər zülal baxımından olduqca zəngindir. Bir stəkan mərciməkdə 18 qram protein var. Şorbalarda və yeməklərdə mərci istifadə edərək qidalanma aspektindən asanlıqla faydalana bilərsiniz.

Tofu

Tofu pis bir nüfuza malikdir, ancaq düzgün bişirildikdə çox ləzzətli olur. Bir stəkanında 20 qram protein olan tofu, bitki əsaslı bir pəhriz üçün mükəmməl bir alternativdir. Tofunu azca dadlandırıb qızardıb yeyə bilərsiniz.

Qara Lobya

Bitki mənşəli pəhrizlərin digər vacib tərkib hissəsi qara lobyadır. Bir stəkan qara lobyada 15 qram protein var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir