Faydalı Faydalı Məsləhətlər Ramazanda Qidalanma

Ramazanda Susamamaq Üçün Bəzi Tövsiyyələr

Maye itkisinin artdığı Ramazan ayında oruc tutanların ən çətin cəhəti susuz qalmaqdır. Bəs susuzluğu necə aradan qaldırmaq olar? Hansı içkilər və yeməklər susuzluğun qarşsını alır? Evdar.az Ramazanda susamamaq üçün bəzi tövsiyyələri təqdim edir.

Çay Və Qəhvə İçdikdə Diqqət

Ramazanda orucunuzu açdıqdan sonra dərhal çay və ya qəhvə içməyin. Yemək yedikdən 1 saat sonra çay və qəhvə içməyə çalışın. Çay və qəhvə kimi kofeinlə zəngin içkilər bədənin su tarazlığını pozduğu üçün çox az içilməlidir.

Həddindən Artıq Yemək Yeməyin

İftarda və ya sahurda həddindən artıq yemək həm həzm sisteminizi yorar, həm də su ehtiyacınızı artırar.

Sahur Və İftarda Çoxlu Su İçin

Ramazan ayında yemək yemə nizamı dəyişdiyi üçün iftar və sahurda çoxlu su içmək lazımdır. Gündə ən az 8 stəkan su içmək lazım olduğu nəzərə alaraq sahur və iftarda bu nisbət bərabər bir şəkildə paylanmalıdır. Çünki bu bədənin susuz qalmasının qarşısını alan üsullardan biridir.

Duzlu Qidalar İstifadə Etməyin

Çox duzlu qidalar su tələb etdiyinə görə Ramazan ayında duzlu qidalardan uzaq durmalısınız.

Sahurda Souslu Və Yağlı Qidalardan Uzaq Durun

Sahurda qızardılmış və ya yağlı qida qrupları əvəzinə pendir, çörək və ya yulaf kimi daha rahat həzm edilən tipdə yeməklər yemək susuzluğun qarşısını alır.

Qazlı və sağlamlığa zərərli içkilərin yerinə təbii meyvələrdən və ya müalicəvi otlardan hazırlanan içki və şərbətləri istifadə etmək daha faydalı olacaq.

Bu bölməmizdən istifadə edərək faydalı və təbii içkilərin hazırlanma qaydasıyla tanış ola bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.