Son dövrdə ağ çörək əvəzinə tam buğda çörəyi istifadə edilir. Çörəkdən imtina etmək istəməyən, lakin sağlamlığına və çəkisinə nəzarət edənlərin üstünlüyü tam buğda çörəyi olur.
Tam Buğda Çörəyinin Faydaları Nələrdir?
Lif, mineral və vitamin baxımından olduqca zəngindir. Mütəxəssislərin və dieotoloqların xüsusilə təklif etdikləri tam buğda çörəyi, həzmi asanlaşdırır və xolesterindən qan şəkəri səviyyəsinə qədər bir çox sahədə tövsiyyə edilir. Buğda kəpəyi, tərkibində yüksək miqdarda olan B1 və B vitamini sayəsində beyin üçün olduqca əhəmiyyətlidir. Həmçinin B1 vitamini çatışmazlığında yorğunluq, depressiya, halsızlıq və fiziki koordinasiyada pozğunluq kimi problemlərdə sağlam qan dövranı sistemi üçün də əhəmiyyətlidir. Buğda kəpəyinin istifadə edilməsi sayəsində orqanizm, funksiyalarını çox daha güclü bir şəkildə həyata keçirir ki, bu da gündəlik həyatınızda çox daha fəal və gümrah hiss etməyinizi təmin edir.
Əlbəttə, tam buğda çörəyi yeyərkən də çox yeməməyə diqqət etmək lazımdır. Hər şeyin olduğu kimi tam buğda çörəyinin də çoxu ziyandır.
Evdar.az məhz son dövrdə üstünlük verilən tam buğda çörəyinin faydalarını təqdim edir:
İmmunitet Sistemini Gücləndirir
Ağ çörəkdən qida dəyəri baxımından daha zəngin olan tam buğda çörəyi; B1, B2, B3 və B9 (fol turşusu) vitaminləri, E vitamini, maqnezium, dəmir, selen, kalium, fitokimyəvi və antioksidantlar daxildir. Qida dəyəri zəngin olan tam buğda çörəyini yediyinizdə immunitet sisteminiz güclənir və bədəniniz xəstəliklərə qarşı müqavimətli olur.
Həzmi Asanlaşdırır
Zəngin lif mənbəyi olan tam buğda çörəyi eyni zamanda bağırsaqların daha asan və müntəzəm işləməsini təmin edərək həzmi asanlaşdırır. Aparılan araşdırmaya görə tam buğda çörəyi lif məzmunu sayəsində qəbizliyin qarşısını alır və metabolizmin daha nizamlı işləməsinə köməkçi olur. Ayrıca kolon divarında kiçik kisələrin əmələ gəldiyi, iltihablanma, qəbizlik, ishal və ağrıya səbəb olan divertikulyozun qarşısını almağa da köməkçi olur.
Artıq Çəkidən Xilas Olmağa Köməkçi olur
Pəhriz edənlərin siyahısında olmazsa- olmazlardan biri də tam buğda çörəyidir. Qida mütəxəssislərinin təklif etdiyi tam buğda çörəyi qida dəyərləri və lif məzmunu sayəsində çəki atmağa da köməkçi olur. Uzun müddət tox qalmağa köməkçi olan tam buğda çörəyinin kalorisi ağ çörəyə nisbətən daha aşağıdır.
Tam taxıllı çörək birbaşa çəki atmağınıza təsir etməsə də, araşdırmalar sahib olduğunuz bədən yağını azaltmağa köməkçi ola və bu yağın daha sağlam bir bölgüsünə yol aça biləcəyini göstərir.
Xolesterinin Azaldılmasına Köməkçi Ola Bilər
Tam buğda çörəyi yuxarıda saydığımız qida zənginliyi sayəsində pis xolesterini aşağı salmağa də köməkçi ola bilər. Eyni zamanda hər ikisi də ürək xəstəliyinə əhəmiyyətli dərəcədə kömək edən triqiliseridləri sala bilər.
Təzyiqi Aşağı Salır
Ürək xəstəliyi riskini də azaldan tam buğda çörəyi qan xolesterini, triqliseridləri, qan təzyiqini və insulin səviyyələrini əhəmiyyətli dərəcədə aşağı saldığı kimi, təzyiqi də aşağı salmağa köməkçi olur. Həm xolesterini, həm də təzyiqi saldığı üçün ürək sağlamlığına faydalı bir çörək növüdür deyə bilərik.
Ev Şəraitində Tam Buğda Çörəyinin hazırlanma qaydasıyla buradan tanış ola bilərsiniz.
Sağlamlığınızın qeydinə qalın!