Faydalı Faydalı Məsləhətlər

Dünyadaki Qənnadçıların Biskvitin Yapışmaması Üçün İstifadə Etdiyi Üsul

Bişirdiyiniz biskvit qəlibə yapışır və çıxarmaqda çətinlik çəkirsiniz? Əgər siz də həmişə hazır biskviti qəlibdən çıxarmaq prosesində əziyyət çəkirsinizsə, bu üsul sizi xilas edəcək. Həm biskvitinizə dad qatacaq, həm də heç vaxt qəlibə yapışmayacaq bu üsulu sınamağı tövsiyyə edirik.

Dünyadakı qənnadçılar bu xüsusi qarışıqdan geniş istifadə edirlər. Hazırlayacağınız bu məcunu soyuducuda saxlayıb, 10 ay ərzində istifadə edə bilərsiniz. Evdar.az biskvitin qəlibə yapışdırmaması üçün hazırlanan qarışığın reseptini təqdim edir.

Biskvitin Qəlibə Yapışmaması Üçün Məcunun tərkibi:

  • 1 çay stəkanı un
  • 1 çay stəkanı əridilmiş kərə yağı
  • 1 çay stəkanı duru yağ

Biskvitin Qəlibə Yapışmaması Üçün Məcunun hazırlanma qaydası:

Bir qabda 1 stəkan un, 1 stəkan əridilmiş kərə yağı və 1 stəkan duru yağı mikserlə və ya çəngəllə yaxşıca qarışdırın. Kütlə krem konsistensiyana çatana qədər qarışdırmağa davam edin. Bu qarışığı qapaqlı bankaya qoyub soyuducunuzda istədiyiniz qədər saxlaya bilərsiniz. İstifadədən 30 dəqiqə əvvəl onu çıxarmaq kifayətdir. Otaq istiliyinə gəldikdə qəliblərinizi bu məcunla fırça köməyi ilə yağlaya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir