“Təbiətin kərə yağı” kimi bilinən bu ekzotik meyvə, mətbəxlərimizə və süfrələrimizə rəng qataraq bir çox insanın sevimlisidir. Üstəlik, avokado dadı ilə yanaşı saysız-hesabsız faydaları olan bir meyvədir.
Vətəni Orta Meksika olan və timsah armudu kimi tanınan avokadonun dünyada 500-dən çox növü var. Bəs, bu meyvənin faydaları nədir, necə yeyilir, necə yetişdirilir? Evdar.az avokadanın heyrətamiz faydaları haqqında məlumatı təqdim edir.
Avokadonun Faydaları Nələrdir?
Zəngin qaymaqlı dadı və yüksək yağ tərkibi ilə təbiətin yağı kimi tanınan bu ləzzətli meyvənin bir çox faydaları var:
- Tərkibində banandan 35% daha çox kalium var.
- Qan şəkərinizi balanslaşdırmağa kömək edir.
- Tərkibində A, B, C, E və K vitaminləri var.
- Antioksidant xüsusiyyətləri ilə dərinizi qorumağa kömək edir.
- Ürək-damar xəstəliklərindən qorunmağa kömək edir.
- Xolesterolu balanslaşdırmağa kömək edir.
- Lifli quruluşu ilə sizi tox saxlayır.
- Tərkibində çoxlu fol turşusu var.
- Sümüklərin güclənməsinə kömək edir.
Avokado Necə Yeyilir?
Bolluq meyvəsi olaraq da bilinən avokadonun qabığını asanlıqla soymaq üçün kifayət qədər yetişmiş olmalıdır. Kifayət qədər yetişən avokadonu bıçaqla şaquli şəkildə kəsib orta hissəsindəki nəhəng toxumu çıxara bilərsiniz.
Bir qaşıq köməyi ilə avokadonun qabığının kənarlarından keçirərək, dilimlərə ayıraraq və ya əzərək rahatlıqla çıxara bilərsiniz.
Yetişməmiş Avokadonu Yetişdirilməsi üçün nə Etmək Olar?
- Bərk formada yığılmış avokadoları yetişdirmək üçün onları otaq temperaturunda saxlamaq kifayətdir. Ancaq daha tez yetişməsini istəyirsinizsə, avokadonu kağız bir torbada alma və yetişmiş bir bananla birlikdə saxlaya bilərsiniz.
- Avokadonun üstünü örtəcək qədər düyü ilə örtməklə də yetişməsini sürətləndirə bilərsiniz. Yumşalıb istədiyiniz konsistensiyaya çatdıqda gözləmədən kəsib yeməkdən zövq ala bilərsiniz.
Avokadonun Kalori və Qida Dəyəri
Superfood hesab edilən avokadonun hər 100 qramında təxminən 15 qram yağ var. Bu yağın üçdə ikisi doymamış yağlardır və tərkibində fruktoza azdır.
100 qram avokadonun tərkibində orta hesabla 2 qram protein, 9 qram karbohidrat və 165 kalori var. Sıx bir lif qaynağı olan avokado gündəlik ehtiyacınızın 40%-ni qarşılamaq üçün kifayətdir.
Avokado səhər yeməyindən axşam yeməyinə qədər və pəhriz yeməklərində də istifadə edilən bir ləzzətdir. Avokado salatından tutmuş avokado şorbasında qədər bütün avokado reseptlərimiz üçün buraya daxil ola bilərsiniz.