Hər yaşda insanın daddığı kolbasa, dana qiyməsinin ədviyyatla vəhdətindən əldə edilən son dərəcə sağlam qida məhsuludur. Bunu unutmaq olmaz ki, keyfiyyətli və sağlam kolbasanı doğru yerdən seçdiyiniz zaman sağlamlığınıza xeyli fayda verəcəksiniz. Manqalda, qızardılmış yumurtada və ya hamburgerdə üstünlük verilən kolbasalar əslində tərkibindəki qida dəyəri ilə sağlamlığınıza birbaşa təsir göstərir. Bəs kolbasanın bədən sağlamlığı üçün faydalarını bilirsinizmi? Evdar.az kolbasanın saysız faydaları haqqında araşdırmasını təqdim edir.
Kolbasa Yeyərək Dərinizin Sağlamlığını Qoruyun
Kolbasa gözəllik üçün lazım olan maddələrə malikdir. Tərkibindəki zülallar dəri yırtılmasına və aşınmasına məruz qalan toxumaları yeniləyir. Kolbasanın tərkibindəki protein isə saçların sağlıqlı uzanmasında mühüm rol oynayır. Beləliklə, yalnız qatqısız kolbasa yeyərək dəri sağlamlığını qoruyub saçlarınızı gücləndirə bilərsiniz.
Qatqısız Kolbasa Yeyərək Xəstələnməyin
Kolbasa sağlamlığınız üçün həyati əhəmiyyət kəsb edən bir qida maddəsi olan bol miqdarda selen ehtiva edir. Selen qalxanabənzər vəzinin sağlamlığına kömək edir, immunitet sistemini gücləndirir və ürək xəstəliyi risklərini azaldır. Rasionunuza selenlə zəngin kolbasalar əlavə etmək sağlamlığınızı qorumaq üçün mükəmməl bir yoldur.
Bundan əlavə, kolbasanın tərkibində olan piridoksin immunitetinizin qüvvətlənməsində mühüm rol oynayır. O, xəstəliklərə qarşı immunitet sistemini gücləndirməklə yanaşı, yorğunluq hissini də azaldır. Zəiflik və yorğunluqdan azad edərək bədənin dözümlülüyünü artırır.
Yediyimiz kolbasa B12, B1 və B3 vitaminləri ilə də zəngindir. Ümumiyyətlə, B qrup vitaminləri qırmızı qan hüceyrələrini əmələ gəlməsində böyük rolu var. Bədəndə B12 vitamini çatışmazlığı anemiyaya (qan azlığı-red.) səbəb olur. Vitamin B12 sinir sistemimizin sağlıqlı olmasında çox vacib rol oynayır. B12 təbii olaraq yalnız heyvan mənşəli məhsullarda olur. Bir porsiya ev şəraitində hazırlanan təbii kolbasa B12 vitamininin gündəlik dəyərinin 41 faizini təmin edir.
Kolbasanın Keyfiyyətini Ev Şəraitində Bu Üsullarla Yoxlayın-TEST