Faydalı Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

Yeni Superqida: Vitaminlərlə Zəngin Kartof Südü

Mətbəxdə hər formada faydalandığımız əsas tərəvəz var: Kartof! Bir çox reseptlərdə istifadə olunmaqla yanaşı, hər yerdə asanlıqla tapıldığı üçün həyatı bizim üçün çox asanlaşdırır. Üstəlik, qaynadılan, qızardılan, sobaya qoyulan və hər cür dadlı olan kartofun südü artıq mətbəxlərdədir.

Böyük Britaniyanın ən böyük supermarket şəbəkəsi Waitrose illik “Qida və İçki Hesabatı”nı açıqlayıb. Bu hesabatda 2022-ci ildə qlobal iqlim böhranı səbəbiylə bitki əsaslı pəhrizin daha da populyarlaşacağı, kartofun planetin “ən dayanıqlı” qidası olduğu və həmçinin kartof südünün 2022-ci ilin ən populyar içkisi elan edildiyi bildirilir. Kartof südünün tərkibində çoxlu vitamin və minerallar, xüsusilə də kalsium var. Düşünün; o, planetin ən davamlı qidasıdır, ucuzdur və yüksək qida dəyərinə malikdir. Bir qidadan başqa nə istəyə bilərik?

Süd məhsullarına hər gün yenisi əlavə olunmağa davam edir. Soya, badam, yulaf, kokos, fındıq, arpa və çətənədən hazırlanan bitki mənşəli alternativ südlər zamanla rəflərdə öz yerlərini alır. Bu dəfə inək südünə davamlı bir alternativ olaraq kartof südü ilə qarşılaşırıq. İsveçin Dug markasının yeni ixtirası olan kartof südü D vitamini, C vitamini, B6 vitamini, maqnezium, folat, niasin, B12 vitamini, fol turşusu, noxud zülalı və omeqa-3 ilə zəngin kanola yağı kimi bir çox faydalı komponentləri ehtiva edir. 2022-ci ilin ən trend içkisi kartof südü oldu.

Kartof südü yeni superfood (superqida) adlanır. İstehsalçıları olan Veg of Lund şirkətinin fikrincə, məhsul gözəl qaymaqlı teksturaya malikdir, yaxşı köpüklənir, dadı yağlı, qaymaqlı teksturalıdır, qəhvə və digər içkiləri tamamlayır. Həmçinin, məhsul inanılmaz dərəcədə faydalıdır. Evdar.az kartof südünün faydaları haqqında araşdırmanı təqdim edir.

Kartof Südünün Faydaları

Kartof südü, xolesterol səviyyəsini artırmadığı, əksinə, bədəndən pis xolesterini çıxardığı üçün başqaları ilə yaxşı müqayisə edilir.

Bu məhsulun 100 ml-də 39 kalori var. Müqayisə üçün: inək südündə – eyni miqdarda 68 kalori. Buna görə içki arıqlamaq üçün idealdır. O, həmçinin ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edə bilər.

Məhsulun tərkibində çoxlu faydalı maddələr var. Məsələn, hər yaşda orqanizm tərəfindən mükəmməl şəkildə əmilən kalsium, kalsium, karbonat var. Eləcə də

-dəmir;

-maqnezium;

-kalium;

-C vitamini;

-fosfor.

Çox vaxt bədəndə çatışmayan bu elementlər olur.

VACİB QEYD: Kartof südünün tərkibində bir qədər protein var. Həm də az miqdarda duz və lif var və yod tamamilə yoxdur. Bu maddə ürək və həzm sistemi, beyin və sümüklərin sağlamlığından məsul olan hormon olan tiroksin istehsalı üçün vacibdir. Xroniki xəstəlikləriniz varsa, menyuya yeni məhsul daxil etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Kartof südü necə hazırlanır?

İlk öncə kartofun qabığını soyub kub formasında doğrayın. Qazana su töküb kartofları suda bişirin. Qazandan kartofları götürüb mətbəx robotunun qabına tökün. Üzərinə kartofu qaynatdığını suyu da əlavə edib 5 dəqiqə yüksək sürətlə qarışdırın. Hazırladığınız kartof qarışığını təmiz bir tənzifdən keçirərək hamar maye əldə edin. Ən azı iki saat soyudun. Soyuyan süd içməli bir tutarlılığa çatacaq. Vitamin miqdarını artırmaq istəyirsinizsə, badam və fındıq kimi məhsullar əlavə edə bilərsiniz.

Bundan əlavə kartof südüylə şorba, omlet və pankeyk hazırlaya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir