Faydalı Faydalı Məsləhətlər

Gil Küpənin İstifadə Və Təmizlənmə Qaydası

Gil küpə (dopu) gilli torpaqdan hazırlanan yemək qabıdır. Çox tez-tez istifadə olunmasa da, demək olar ki, hər mətbəxdə olan gil küpədə bişirilən yeməklər çox dadlı olur. Ağ və qırmızı ət yeməkləri, tərəvəz yeməkləri, paxlalılar, dəniz məhsulları, düyü, şorba və hətta tort bişirmək üçün istifadə edilən bu qablar mətbəxdə möcüzələr yaratmağımızı asanlaşdırır. Gil küpədə hazırladığımız yeməklər son dərəcə ləzzətlidir. Bunun sirri, gil küpədə hazırlanan yeməklərin daha aşağı bir temperaturda bişirilməsidir. Mətbəxdə küpə istifadə etmək və möcüzələr yaratmaq üçün çox vaxt lazımdır. Torpaqdan hazırlanmış küpələr şirli və şirsiz növləri olur. Şirli prosesi, küpə qabının daxili səthi su ilə təmas etdikdə əriməyən bəzi maddələrlə örtülmüşdür. Bəzən bu maddələr arasında qurğuşun da istifadə olunur. Buna görə də, gil küpə aldıqda daxili örtünün qurğuşunsuz olmasına diqqət yetirməliyik. Bəs mətbəxlərimizdə ləzzətli bir yeməyin sirri olan küpələrin necə istifadə edəcəyinizi bilirsinizmi?

Evdar.az gil küpənin istifadə qaydalarını təqdim edir.

Küpədə çat olmadığına diqqət edin

Gil küpədə çatlar olmadığı müddətcə həm ocaqda, həm də sobanın içərisində etibarlı istifadə edə bilərsiniz. Yeni bir gil küpə aldıqda mütləq çatlaq olmadığını yoxlayın.

Gil küpəni yağlayın

Yeni aldığınız gil küpəni istifadə etməzdən əvvəl quru bir parça və ya süngərlə silin. Küpənin ölçüsünə görə 100 və ya 200 qr qədər yağ qoyun və yüngül isidilmiş sobanın içinə yerləşdirin. Qatı yağdan istifadə edirsinizsə, yağ əriyənə qədər gözlədin. Əgər maye yağ istifadə edirsinizsə, küpə isti olana qədər saxlamaq kifayətdir. Sobadan çıxartdığınız gil küpəni bir qazan altlığının üzərinə qoyun. Daha sonra bir fırça və ya bir parça köməyi ilə əridilmiş yağı küpənin hər tərəfinə yaxın. Yağı küpənin hər tərəfinə yedirərək yağlayıb bir kənara qoyun.

Gil küpəni yuyun

Bir neçə saat gözlədikdən sonra küpəni isti su ilə yuyun. Yuduqdan sonra küpəni tərs çevirin və qurumağa qoyun. Bu proses heç istifadə olunmamış gil küpələr üçün bir dəfə tətbiq olunur.

Ocağın üzərində gil küpənin istifadəsi

Küpələr aşağı temperaturda öz qapaqları və ya ocaq üzərinə uyğun tava qapaqları ilə örtülərək istifadə edilməlidir.

Sobada gil küpənin istifadəsi

Gil küpəni sobada istifadə etdikdə onların üzərini örtərək istifadə etməlisiniz.

Vacib Qeyd:

Ocaqdan və ya sobadan çıxartdığınız gil küpə soyuq bir səthə qoyulmamalıdır. Küpənin çatlamaması üçün mütləq qazan altlığı istifadə etməlisiniz. Qalan yeməyi küpədə saxlamayın.

Gil küpənin təmizlənmə qaydası

Gil küpəni əldə yumağa diqqət edin. Qabyuyan maşında yusanız küpə çatlaya bilər və kimyəvi maddələr küpəyə yapışa bilər. Təmizləməyə başlamazdan əvvəl küpənin soyumasını gözləməlisiniz. İsti halda təmizləməyə çalışmaq çatlamağa səbəb ola bilər. Küpənin içini yumşaq bir fırça və ya süngər istifadə edərək təmizləyin. Heç vaxt qab-qaçaq teli (ovma teli, qab setkası) və ya metal istifadə etməyin. Gil küpəni ilıq su ilə yuyub tərs çevrərək quruda bilərsiniz.

Gil Küpədə Tərəvəzli Toyuq Yeməyinin resepti üçün buraya daxil olun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.