Yumurtanın orqanizmamız üçün faydaları saymaqla bitmir. Səhər yeməyinin əvəzolunmaz qidası olan yumurtanın bir digər faydası isə qabığında gizlənir. Kövrək kimi görünən yumurta qabıqları olduqca möhkəmdir və üzvi maddələrlə mükəmməl istifadə sahələrinə malikdir. Yumurta qabıqlarını zibilə atmaq əvəzinə müxtəlif sahələrdə istifadə edə bilərsiniz.
1. Paltarlarınızı Yumurta Qabıqları ilə Ağardın
Paltarlarınızı ağartmaqda çətinlik çəkirsinizsə yumurta qabıqları köməyinizə çatacaq. Yumurta qabıqlarını bir tənzif ilə sıx bağlayın və paltarlarınızı ağartmaq üçün paltar maşınının içərisinə yerləşdirin. Bu məqamda ağ paltarları olduğundan ağ göstərəcək və ləkələri asanlıqla çıxaracaq.
2. Yumurta Qabığı Bitkilərin Qidasıdır
Bitkilərinizi sağlam qida mənbəyindən istifadə etməsini istəyirsinizsə, yumurta qabıqlarını istifadə edə bilərsiniz. Bir stəkan isti suyun içərisinə yumurta qabığını qoyun və 5-10 dəqiqə saxlayın. Bağınızı qidalandırıb gücləndirmək üçün ağaclarınızı bu su ilə 10-15 dəqiqə sulayın.
3. Ev Şəraitində Təbii Təbaşir Hazırlayın
Yumurta qabıqları ilə uşaqlarınız üçün təbii təbaşir hazırlaya bilərsiniz. Bunun üçün bir qabda unu isti su ilə qarışdırın və üzərinə 1 xörək qaşığı üyüdülmüş yumurta qabığı əlavə edin. Yaxşıca qarışdırın və məcun halına gətirin. Əgər rəngli olmasını istəyirsinizsə, istədiyiniz rəngdə rəngləndirici (boya) əlavə edin və bütün qarışığı yaxşıca qarışdırın. Daha sonra bir qəlibə tökün və üç gün qurumasını gözləyin. Təbii təbaşiriniz hazırdır!
4. Bağınızı Zərərli Həşəratlardan və Heyvanlardan Qoruyun
Çox sevdiyiniz bağçanızı gəmiricilər, ilbizlərdən, hətta pişiklərdən qorumaq istəyirsinizsə, yumurta qabıqları ilə bağçanızı nəzarət altına ala bilərsiniz. Yumurta qabığını əzib, bağınızın ətrafına səpin. Yavaş-yavaş zərərli böcəklərin yox olduğunu görəcəksiniz.