Faydalı Faydalı Məsləhətlər

Yumurtanı Qaynatdığınız Suya Limon Qoysanız… Bu Üsul Əvəzolunmaz Olacaq

Yumurta protein baxımından ən sağlam qidalar arasındadır. Həm doyurucu, həm də ləzzətli olan yumurtalardan faydalanmaq üçün bəzi detalları bilməlisiniz. Xüsusilə qaynama prosesində yumurta qabığının qırılma və çatlama riskini aradan qaldıran bu üsul sizi təəccübləndirəcək. Yumurtaları qaynatdıqda suyuna niyə limon əlavə edilir? Evdar.az bu sualın cavabını təqdim edir.

Səhər yeməklərimizin əvəzolunmazı olan yumurta həm də pəhriz menyularının əsas qidalarından biridir.

İnsan sağlamlığı üçün saysız-hesabsız faydaları olan yumurtanın tərkibində əzələ qurulmağına kömək edən və qan üçün də faydalı olan yaxşı zülallar var. Eyni zamanda qocalmağa qarşı qoruduğu üçün mütəxəssislər tərəfindən hər gün istifadə edilməsi tövsiyə olunur.

Yüksək keyfiyyətli zülal qaynağı olan yumurta Ramazanda da balanslı qidalanmanı dəstəkləyir. Orucla birlikdə gündəlik qəbul edilən yeməklərin sayı azaldığı üçün mütəxəssislər bütün gün ac qalan bədənin tox və enerjili olması üçün sahurda yumurta yeməyi tövsiyyə edir.

Yumurta bişirmək mətbəxdə asan iş kimi görünsə də, əslində elə deyil.

Qaynayan yumurtların qabıqları çatladıqda sınağa çevrilir. Bu çətin vəziyyəti sizə verəcəyimiz sadə üsulla aradan qaldırmaq mümkündür. Bunun üçün ən yaxşı həll limon suyudur…

Narahat vəziyyətdən çıxmaq üçün yumurtaları qaynadarkən suya az miqdarda limon suyu əlavə etmək kifayət edəcəkdir. Limonun turşusu yumurta qabığını qırmağa qarşı qoruyur.

Bundan əlavə, qaynadıldığı üçün yumurtanın ağında rəng dəyişikliyi baş verə bilər. Limon suyu da bu problemi aradan qaldırmağa kömək edir. Üsul sadə, lakin effektivdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir