Azərbaycanın Qədim Yeməyi-Xaşlama

Yields: 1 Serving

Dünyanın ən qədim, dadlı və zəngin mətbəxlərindən biri Azərbaycan mətbəxidir. Azərbaycan mətbəxinə aid olan ətli xörəklər müxtəlifliyinə görə rəngarəngdir. Ət xörəklərinin ən qədim və dadlı yeməklərindən biri də öz suyunda, tərəvəzlərlə bişən Xaşlama yeməyidir. Evdar.az dadlı Xaşlama reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq sümüklü ət (qoyun,quzu və ya mal)
  • 5 ədədsoğan
  • 7 ədəd kartof
  • 3-4 ədəd bolqar bibəri
  • 2-3 ədəd pomidor
  • 2 ədəd dəfnə yarpağı
  • 1 çimdik qırmızı acı bibər tozu
  • duz, istiot

Hazırlanma qaydası:

İlk öncə ətı doğrayıb yuyun. Yuyulub suyu süzülmüş ətləri qazana yığın. Üzərinə 3 stəkan qaynar su töküb ocağa qoyun. Bişdikdə üzərinə yığılan kəfi götürüb dəfnə yarpağı atın və ət yumşalana qədər bişirin. Bolqar bibərini doğrayın, kartofların qabığını soyub dilimləyin. Pomidoru da dilimləyin, soğanları da halqa formasında kəsin. Bişmiş ətlərin üzərinə doğranmış bolqar bibəri, kartof, pomidoru və soğanları əlavə edin. Duz, istiot, acı bibər tozu səpib qarışdırın. Qazanın qapağını örtüb kartoflar bişənədək vam odda bişirin. Yeməyin üzərinə doğranmış göyərti səpib süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir