Category: Şirniyyatlar
Yields:
1 Serving
Tortların, kapkeyklərin bəzədilməsi üçün çox asan hazırlanan və dadlı krem resepti.. Evdar.az formasını saxlayan və ləzzətli kremin reseptini təqdim edir.
Tərkibi:
- 200 qr 82,5% kərə yağı
- 300 qr qatlaşdırılmış süd
- vanil ekstraktı və ya istədiyiniz aromatizator
Hazırlanma qaydası:
Bir qabda yumşaldılmış kərə yağını mikserlə yaxşıca çırpın. Otaq temperaturunda olan qatılaşdırılmış südü də çırpılmış yağa az-az əlavə edib mikserin ən yüksək sürətiylə 5-10 dəqiqə çırpın. Krem yüngül və formasını saxlayan hala gəldikdə istifadə etmək olar. Hazır kremlə kapkeykləri bəzəyə bilərsiniz.
VACİB QEYD:
- Kərə yağı seçərkən keyfiyyətli yağ olmalıdır. 82,5 % yağ məsləhətlidir.
- Əgər yağa qatılaşdırılmış süd əlavə etdikdən sonra krem köpmürsə 5-7 dəqiqəlik qabı soyuducuya yerləşdirin. Daha sonra çıxarıb yenidən mikserlə çırpın, istədiyiniz konsistensiyaya gələcək.
- Kremi soyuducunun dondurucu rəfində saxlaya bilərsiniz. Dondurucuda kremin saxlama müddəti istifadə etdiyiniz məhsulların yararlılıq müddətindən asılıdır.
- Əgər soyuducudan götürdüyünüz krem maye buraxarsa sadəcə 1 dəqiqə mikserlə çırpın, yenidən əvvəlki konsistensiyaya qayıdacaq.
- Kremi yağlı boyalarla da rəngləyə bilərsiniz.