Dadlı Və Faydalı Fitnes Tort

Yields: 1 Serving

Bədən quruluşunun gözəl görsənməsinin qayğısını çəkənlər üçün asan, dadlı və faydalı fitnes tortunu sınamağı təklif edirik. Bu tort çəkini normada saxlamağa kömək edəcək. Evdar.az dadlı və faydalı fitnes tortun reseptini təqdim edir.

  • 80 qr xırdalanmış yulaf yarması
  • 1 ədəd yumurta ağı
  • 3 xörək qaşığı su
  • zövqə görə darçın

İçlik üçün

  • 250 qr yağsız kəsmik
  • 2 ədəd meyvə (alma, armud, gavalı..) və ya 2 ovuc giləmeyvə
  • 1ədəd  yumurta ağı
  • 1-2 xörək qaşığı bal
  • vanil

Hazırlanma qaydası:

İlk öncəbir qabda xırdalanmış yulaf yarmasını yumurta ağı və su ilə qarışdırın. Bərk xəmir yoğurub dairəvi soba sinisinə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.

İçliyi hazırlamaq üçün meyvə ilə birlikdə kəsmiyi blenderdən keçirin. Yumurta ağı, bal və vanil əlavə edib yenə blenderdən keçirin. Hazırladığınız içliyi sinidə bişən xəmirin üzərinə tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Fitnes-tortu giləmeyvə ilə bəzəyə bilərsiniz.

Nuş Olsun!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir