Category: Salatlar
Yields:
1 Serving
Ferritin Səviyyəsini Artıran Çox Faydalı Salatın tərkibi:
- çuğundur
- nar dənəsi
- cəfəri
- limon suyu
- duz
- qoz ləpəsi
Ferritin Səviyyəsini Artıran Çox Faydalı Salatın hazırlanma qaydası:
İlk öncə çuğunduru su dolu bir qazanda bişirin. Cəfərini axar suyun altında yaxşıca yuyub suyunu süzün. Narı dənələyin. Bişib soyuyan çuğunduru nazik zolaqlar şəklində doğrayın və ya sürtgəcdən keçirin. Üzərinə doğranmış cəfəri, doğranmış qoz ləpəsi, nar dənələri, limon suyu və zövqə görə duz əlavə edib qarışdırın. İstəyə görə müalicəvi yağlardan da əlavə edə bilərsiniz. Ferritini yüksəldən müalicəvi yağlardan ən başlıcası soyuq sıxılmış qara zirə yağı və çətənə yağıdır. Bu salatı hazırlayıb rasionunuza əlavə etdikdə faydasını görəcəksiniz.
Nuş Olsun!