Ev Şəraitində 15 Dəqiqəyə Pendir

Yields: 1 Serving

Marketlərdə satılan pendirlərin keyfiyyətinə inanmayan evdar xanımlar ev şəraitində özləri pendir hazırlamağın yollarını axtarır. Bir çox reseptlə hazırlanan pendirin Evdar.az 15 dəqiqəyə hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 3 litr 3,2 % yağlılığı süd
  • 21 ml 9%-lik uksus
  • 21 ml su
  • duz

Hazırlanma qaydası:

Böyük bir qazana südü töküb ocaqda qarışdıraraq 90 dərəcəyə qədər isidin. Bir qabda su və uksusu qarışdırın. Uksuslu qarışığı ocaqda olan isti südə az-az əlavə edib dayanmadan qarışdırın. Süd çürüyüb suyu ayrıldıqda ocaqdan götürün. Tənzif sərilmiş süzgəcə süzüb tənziflə örtün. Üzərinə qapaq örtüb 2 dəqiqə kənarda saxlayın. Tənzifin arasında olan pendiri boşqaba çevirin və duz səpin. Yenidən tənzifin arasına yerləşdirib süzgəcə qoyun və üzərinə qapaq örtüb 10 dəqiqə kənarda saxlayın. Yenidən duzlamadığın hissəsini duzlayıb tənzifə bükün və yarım saatlıq (və ya 1-2 saatlıq) soyuducuya yerləşdirin. 3 litr süddən ortaya 450-500 qr pendir çıxır. Pendirin süzülən suyundan dadlı blinçiklər hazırlaya bilərsiniz.Hazır pendiri dlimləyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir