Category: Qəlyanaltılar
Yields:
1 Serving
Səhər yeməyinə nə bişirim deyə fikirləşirsinizsə tost çörəyindən dadlı və xırtıldayan dürüm bişirə bilərsiniz. Evdar.az asan hazırlanan və iştahaçan tost çörəyindən hazırlanan bu qeyri–adi və maraqlı dürümün reseptini təqdim edir.
Tərkibi:
- 6 dilim ağ və ya qara dilimlənmiş çörək
- 6 dilim pendir
- 2 ədəd yumurta
- 1 stəkan yulaf yarması
- duz
Qızartmaq üçün: bitki yağı
Hazırlanma qaydası:
Tost çörəyinin kənar qisimlərini kəsin və yalnız ağ iç qismini saxlayın. Çörək dilimlərini oxlov ilə yüngül açın. Pendir dilimlərini çörək dilimlərinin üzərinə yerləşdirin.Yumurtanı kasaya çırpn. Ayrı bir kasada yulaf yarmasını tökün. Pendirlə çörək dilimini rulet formasında bükün. İlk əvvəl çırpılmış yumurtaya, daha sonra yulaf yarmasına bulayın. Yağda qızardıb isti-isti süfrəyə verin.
Nuş Olsun!