Səhər Yeməyi Üçün Pendirli Çörək Dürümü

Yields: 1 Serving
Səhər yeməyinə nə bişirim deyə fikirləşirsinizsə tost çörəyindən dadlı və xırtıldayan dürüm  bişirə bilərsiniz. Evdar.az asan hazırlanan və iştahaçan tost çörəyindən hazırlanan bu qeyri–adi və maraqlı dürümün reseptini təqdim edir.
Tərkibi:
  • 6 dilim ağ və ya qara dilimlənmiş çörək
  • 6 dilim pendir
  • 2 ədəd yumurta
  • 1 stəkan yulaf yarması
  • duz

Qızartmaq üçün: bitki yağı

Hazırlanma qaydası:

Tost çörəyinin kənar qisimlərini kəsin və yalnız ağ iç qismini saxlayın. Çörək dilimlərini oxlov ilə yüngül açın. Pendir dilimlərini çörək dilimlərinin üzərinə yerləşdirin.Yumurtanı kasaya çırpn. Ayrı bir kasada yulaf yarmasını tökün. Pendirlə çörək dilimini rulet formasında bükün. İlk əvvəl çırpılmış yumurtaya, daha sonra  yulaf yarmasına bulayın.  Yağda qızardıb isti-isti süfrəyə verin.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.