Unsuz, Yağsız Və Şəkərsiz Kiyev Tortu

Yields: 1 Serving

Pəhrizdə olanlar məşhur “Kiyev” tortunu  istədiyi qədər yeyib çəki almayacaq. Evdar.az unsuz, yağsız və şəkərsiz Kiyev tortunun reseptini təqdim edir.

Tərkibi:

Biskviti üçün:

  • 8 ədəd yumurta ağı
  • 2,5 xörək qaşığı yulaf yarması
  • 1 xörək qaşığı qarğıdalı nişastası
  • 150 qr fındıq
  • 5 xörək qaşığı fruktoza (meyvə şəkəri)
  • bıçaq ucunda limon turşusu

Kremi üçün:

  • 3 ədəd yumurta sarısı
  • 25 qr kakao
  • 1/2 stəkan süd
  • 1 çay qaşığı qarğıdalı nişastası
  • zövqə görə fruktoza
  • 250 qr yumuşaq pendir (Filadelfiya pendiri və ya oxşarı)
  • 1 xörək qaşığı yulaf unu

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün ilk öncə yulaf yarmasını üyüdün və fındıqları qovurun (və ya hazır qovrulmuş istifadə edin).F ındıqları xırdalayıb yulaf unuyla qarışdırın. Yumurta ağına limon turşusu əlavə edib mikserlə yaxşıca çırpın. Ağaran yumurtalara fruktoza əlavə edib yaxşıca çırpın. Yulaf unlu fındıqları da əlavə edib qarışdırın. Hazırladığınız xəmiri 2 hissəyə bölüb bişirin. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin, daha sonra 120 dərəcədə 30 dəqiqə bişirin və yenə 90 dərəcədə 30 dəqiqə bişirin.

Kremi hazırlamaq üçün südü qızıdırın (amma qaynatmayın). Yumurta sarılarını bir qabda tel çırpıcıyla  çırpın. Üzərinə nişasta və fruktoza əlavə edib çırpmağa davam edin. Yavaş-yavaş südü yumurtalı qarışığa əlavə edib qarışdırın. Zəif ocağa qoyub qatılaşanadək bişirin və soyudun. Soyuyan kütləyə yağlı pendiri və 1 xörək qaşığı yulaf unu əlavə edib qarışdırın. Kremi 2 ayrı qaba ayırıb birinə kakao qatıb qarışdırın. Soyuyan korjların birini  qoyub hazırladığınız ağ rəng kremi yaxın. Daha sonra 2-ci korju qoyub kakaolu krem yaxın. Xırdalanmış qozla bəzəyin və 1 gecə soyuducuda saxlayın.

 Unudulmaz Kiyev Tortu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir