Zülal Qaynağı – Cənnət Şorbası

Yields: 1 Serving

Cənnət şorbası bir ləzzət bombasıdır. Qrip və soyuqdəymə xəstəliklərinə qarşı immuniteti artırmağa köməkçidir. Bol vitamin qaynağı olan cənnət şorbası uşaqlar üçün də sevəcəyi bir dad olacaq. Evdar.az zülal qaynağı cənnət şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd kartof
  • 1 ədəd soğan
  • 3 xörək qaşığı qarğıdalı unu
  • 3 xörək qaşığı kərə yağı
  • 3 stəkan toyuq bulyonu
  • 3 stəkan su
  • 2 diş əzilmiş sarımsaq
  • duz, istiot

Hazırlanma qaydası:

İlk öncə kartof və soğanın qabıqlarını soyub iri-iri doğrayın. Bir qazana kərəyağını töküb ocaqda əridin. Yağ əridikdən sonra içərisinə qarğıdalı unu əlavə edib 3 dəqiqə qovurun.Un qovrulduqdan sonra içərisinə kartof və soğanları əlavə edib təxminən 7-8 dəqiqə daha qovurun. Daha sonra duzu, istiot və sarımsağı da əlavə edin. Üzərinə toyuq bulyonu və suyu töküb kartoflar yumşalanadək bişirin. Bişdikdən sonra əl blenderiylə yaxşıca əzin. Daha sonra şorbanı ocağa qoyub 15 dəqiqə qaynadın. Kiçik bir qabda kərə yağında bibər tozunu dağ edib şorbanın üzərinə gəzdirin. Şorbanı isti halda süfrəyə verin.

Nuş Olsun!

2 Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir