Meyvə və tərəvəzlərin sağlamlığımız üçün saysız faydası olduğunu hamımız bilirik. Bəs hansı rəng qidalar nəyə xeyirdir? Evdar.az meyvə və tərəvəzlərin rənginə görə faydaları haqqında məlumatı təqdim edir.
Ağ rəngli qidalar
Ağ rəngli qidalar immunitet sistemini gücləndirir. Bununla yanaşı xolesterolu və qan şəkərini salır, ürək xəstəlikləri riskini azaldırlar.
Sarımsaq, soğan, ağ turp, göbələk və gül kələmi ağ rəngli qidalar sayılır.
Yaşıl rəngli qidalar
Yaşıl meyvə və tərəvəzlərin tərkibində fitokimyəvi maddələr var. Xüsusilə bəzi xərçəng risklərinin azaldılmasında, göz sağlamlığında, əzələ və sümüklərin yenilənməsində və sağlam dişlərdə rol oynayırlar.
Yaşıl qidalar arasında brokoli, ispanaq, kivi, yaşıl bibər, xiyar, yaşıl soğan kimi qidaları saymaq olar.
Sarı rəngli qidalar
Sağlam bir dəridə mühüm rol oynayan sarı rəngli qidalar, bununla yanaşı həzm sistemini inkişaf etdirir və beyin funksiyalarını həyata keçirirlər.
Narıncı rəngli qidalar
Narıncı rəngli qidalar antioksidant baxımından çox zəngindir. Xərçəngdən qoruyur, ürək xəstəlikləri riskini azaldır, immunitet sistemini gücləndirirlər. Narıncı qidalar arasında portağal, kök, balqabaq, şaftalını saymaq olar.
Qırmızı rəngli qidalar
Ürək sağlamlığı üçün tərkibində lazımi fitokimyəvi maddə olan qırmızı yeməklər həmçinin yaddaşı gücləndirir və iltihabın qarşını alır.
Bənövşəyi rəngli qidalar
Bənövşəyi qidalara rəngini verən antosiyaninlər yaşlanma əleyhinə rol oynayır. Həmçinin sümük sağlamlığını inkişaf etdirir və bəzi xərçəng növlərindən qoruyur.