Faydalı Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

Koronavirusun Düşməni Qidalar – İmmunitetinizi 10 Qat Gücləndirin

Bu gün ilk Azərbaycanda rəsmən koronovirusun olduğu elan edildi. Evdar.az-ın məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Operativ qərargahdan verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib.

Alimlərin açıqlamasına görə, koronavirus daha çox immuniteti zəif olan orqanizmlərdə ölümcül sonluqla yekunlaşır. Bütün bunları nəzərə alaraq Evdar.az oxucuları üçün immuniteti yüksəldən məhsullardan bəhs edəcək.

Bəzi insanlarda belə bir fikir formalaşıb ki, immuniteti gücləndirən C vitamini ilə ən zəngin qidalar sitrus meyvələridir. Ancaq alimlər bu fikrin yanlış olduğu qənaətindədirlər. Məşhur rus həkim-dietoloqu Sergey Oblojko C vitamini ilə ən zəngin qidanın bolqar bibəribişmiş kələm olduğunu bildirib. Bu məhsullarda C vitamini portağaldan 10 dəfə çoxdur. Dietoloq Marqarita Korolyova da bişmiş kələmin orqanizmin immun sistemini təbii üsulla xeyli qüvvətləndirdiyi qənaətindədir. O, həmçinin yaşıl tərəvəzlər və göyərtinin bol-bol qəbul edilməsinin immuniteti qüvvətləndirəcəyini bildirir.

İmmun sistemini zəiflədən qidalar isə konservləşdirilmiş, marinadlaşdırılmış, həddin ziyadə yağlı, trans yağlarla, şəkər və duzla zəngin qidalardır. Həmçinin kofe və alkoqol da immun sistemini zəiflədir. Buna səbəb kofe və alkoqolun insan orqanizmində həzm prosesi ləngitməsi və maddələrin tərkibindəki vitaminlərin orqanizmimizə sovurulması prosesini ləngitməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir