Faydalı Faydalı Məsləhətlər Sağlamlıq Haqqında

Qlutensiz Həyat-Uzunömürlülüyün Sirri

Son zamanlarda adını tez-tez eşitdiyimiz, ən çox maraq doğuran mövzulardan biri qluten pəhrizidir. Bəs qluten pəhrizi nədir? Qluten hansı qidalarda olur? Evdar.az qluten pəhrizi haqqında məlumatı təqdim edir.

Qluten; Buğda, arpa, yulaf, çovdar kimi taxılların içərisində yer alan saqqıza bənzər bir maddədir. Bu maddə sayəsində xəmir daha yapışqan olur. Ancaq həzmi çətin olan bu maddə bir çox narahatlığa da səbəb olur.

Qluten Pəhrizi Nədir Və Necə Saxlanılmalıdır?

Qluten pəhrizi adətən 10- 15 gün davam edir. Bu müddətdə məqsəd qluten tərkibli məhsullardan tamamilə uzaq durmaqdır. Bunun sayəsində bəzi narahatlıqların qlutendən qaynaqlanıb qaynaqlanmadığını daha qəti şəkildə başa düşülür. Və əgər belə bir həssaslıq varsa insan bundan sonrakı həyatını qlutensiz məhsullar istifadə edərək davam etdirməlidir.

Qluten Pəhrizində Hansı Qidalar Yeyilməlidir?

Qluten pəhrizində buğda, arpa, yulaf, çovdar və bunları ehtiva edən qidalar qətiyyən istifadə edilməməlidir. Ümumiyyətlə qarğıdalı, düyü, kartof, soya lobyası kimi qidalarla qidalanmalı və ərzaqların tərkiblərinə çox yaxşı baxılmalıdır. Mümkün olduqca süd və süd məhsullarından də uzaq durmalıdır. Keçi südü və süd məhsulları istifadə etmək olar.

Hazır tomat, konserv, hazır şorba, souslar kimi ərzaqlarda qluten qatqı maddəsi kimi istifadə edildiyindən bunlardan uzaq durmalısınız. Sirkə, şokolad, saqqız, ketçup, mayonez, dondurma kimi qidaların bəzilərində qluten olur. Bunları qəbul etməzdən əvvəl tərkibinə nəzarət edilməlidir.

Qlutensiz Qidalananlar Üçün Ləzzətli Bulka resepti üçün buraya klikləyin..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.