Faydalı Maraqlı Xəbərlər

Dünyanın Hər Yerindən Müxtəlif Çörək Növləri

Çörək..Gündə üç dəfə süfrələrimizdən əskik olmayan, demək olar ki, hər yeməyin yanına yaraşan, bütün dünyada eyni əhəmiyyətə malikdir ;ən əsas qidalardan biridir. Səhər yeməyində yumurtamıza batırdığımız, naharda buterbrodlarımızı hazırladığımız, axşam yeməklərində yeməyimizin suyuna batırdığımız çörəyin dünyanın hər yerində çox məşhur olması əlbəttə ki boşuna deyil..Azərbaycan mətbəxində təndir çörəyindən tutmuş lavaş çörəyinə qədər bir çox çörək növü olsa da, dünyanın hər yerindəki çörək növləri haqqında danışmasaq olmaz.

Karantin dövründə evimizə qapandığımız zaman hamımızın çörək mütəxəsissinə çevrildiyimiz o günlərdən sonra çörəklər haqqında daha çox məlumat əldə etsək də, dünyanın hər yerindən çörək növləri ilə tanımaqda hələ də çətinlik çəkirik..

Evdar.az-la birlikdə buğdanın kəşfindən etibarən bəşəriyyətin ilk qidalarından biri olan çörəyin və dünyanın müxtəlif çörək növlərinin adlarını kəşf etməyə hazırsınızmı?

Ciabatta Çörəyi

Ciabatta, İtaliyanın ən məşhur çörək növlərindən biridir. İlk dəfə 1982-ci ildə Fransız baget çörəyinin populyarlığı ilə rəqabət aparmaq üçün İtalyan çörək reseptini hazırlamaq istəyən Arnaldo Cavallari tərəfindən hazırlanan ciabatta çörəyi, italyanlar tərəfindən başmaq şəklinə bənzədildiyi üçün ciabatta adlandırılıb.

Baget Çörək

Baget çörəyi uzun və nazik görünüşünə görə fransızlar tərəfindən çubuq və qamış mənasını verən ‘baget’ adlandırılıb. Bagetlər bəzi ölkələrdə francala adı ilə tanınır.

Naan

Naan Hind mətbəxinin dadlı çörəklərindən biridir. Bu çörək Hindistanın bol ədviyyatlı və ətirli yeməklərinin yanında süfrəyə verilir.

Brioche (Brioş) çörəyi

Fransız mətbəxinin ən az baget çörəyi qədər məşhur çörək növlərindən biri olan brioche çörəyinin adını daha əvvəl eşitməmiş ola bilərsiniz. Baget kimi məşhur olsa da, baget çörəyindən fərqli olaraq hazırlanması bir qədər çətin olduğundan brioşa üstünlük verilmir.

Fougasse

Yenə də Fransa və başqa bir çörək növü.. Əslində bu qastronomiya baxımından ən inkişaf etmiş ölkələrdən biri olan Fransa çörək istehsalı sahəsində də ən inkişaf etmiş ölkədir. Çörək məhsulları ilə bütün dünyada məşhur olan Fransanın cənub bölgələrində fougasse çörəyi tum, pomidor, kəklikotu, zeytun kimi məhsullarla da zənginləşdirilə bilər.

Damper Çörəyi

Damper çörəyi Avstraliyanın ən qədim və ənənəvi ləzzətlərindən biridir. Belə ki, yalnız un, su, duz ilə hazırlanan xəmirdən külə atılan dəmir çubuqların uclarında və ya tökmə tavalarda bişirilmiş damper çörəyinın istehsalı olduqca çətin çörək növlərindən biridir.

Tangzhong Çörəyi

Yapon mətbəxinin adını daha əvvəl sushi ilə, mochi dondurması ilə, gyoza ilə və yaxud ramen ilə eşitmiş ola bilərsiniz. Yapon mətbəxinin məşhur yeməklərindən fərqli olaraq adı çox da bilinməyən tangzhong çörəyini mütləq sınamağa dəyər!

Crumpet

Çörək növü kimi qəbul edilsə də,eyni ilə ingilis üsulu blinçik kimi cem, yağ, bal, şokolad və s. ilə yeyilir. İngilislərin tez-tez çay saatlarında süfrələrində yedikləri crumpeti mütləq dadmalısınız!

Misir Çörəyi

Siyahının sonunda Qaradənizin simvoluna çevrilmiş qarğıdalı çörəyi ilə bağlanışı edirik. Bu dadlı çörəyi qatığın içinə doğrayıb yedikdə dadından doymaq olmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir