Yayın Trendi: Qarpız İçində Dondurma

Yayın trendi qarpız icinde dondurma
Yields: 1 Serving

Qarpız və qovun dondurması son günlər İnstagram və Tiktok platformalarında böyük populyarlıq qazanan, xüsusilə isti havalarda sərinləmək üçün fərqli və ideal desertdir. Evdar.az rəngarəng görünüşü və fərqli təqdimatı ilə süfrəyə gözəllik qatan qarpız və qovun dondurmasının reseptini təqdim edir.

Yayın Trendi

Qarpız İçində Dondurmanın tərkibi:

  • yarı bölünmüş qarpız
  • yarı bölünmüş qovun
  • 250 qr 30-35% yağlılığı qaymaq
  • zövqə görə dadlandırıcı (qatılaşdırılmış süd, bal, sirop)

Qarpız İçində Dondurmanın hazırlanma qaydası:

Yarım bölünmüş qarpız və qovunun tumlarını təmizləyin. Qarpızın orta hissəsindən qaşıqla ovaraq kiçik bir çuxur yaradın. Bölünmüş qarpız və yemişi soyuducunun dondurucu rəfinə yerləşdirib tamamilə dondurun. Donmuş qarpızı soyuducudan götürüb çuxur hissəsinə bir az qaymaq tökün. Qaşıqla qarpızı qaşıyaraq tədricən qaymaqla qarışdırın. İstəyə görə dadlandırıcı (qatılaşdırlmış süd, bal və ya sirop) əlavə edin. Dondurma halına gələnə qədər qarışdırıb dərhal süfrəyə verin. Bu qaydayla qovundan da dondurma hazırlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir