Balqabaq əlavə edilərək hazırlanan toyuq kotletləri dadlı və çox faydalıdır. Balqabağın ləti kotletlərə xoş portağal rəngi və gözəl ətir verir. Heç bir yağ və karbohidrat olmayan toyuq əti demək olar ki, tamamilə asanlıqla həzm olunan zülallardan ibarətdir. Balqabaq kotletlərə zülalların həzm edilməsi üçün lazım olan lifi əlavə edir. Evdar.az balqabaqlı toyuq kotletinin reseptini təqdim edir.
Xoş Rəngli və Faydalı Balqabaqlı Toyuq Kotletinin tərkibi:
- 250 qr balqabaq
- 1 ədəd soğan
- 2 diş sarımsaq
- 800-900 qr toyuq filesi qiyməsi
- 1 ədəd yumurta
- 1 çay qaşığı duz
- zövqə görə istiot
- 1-2 xörək qaşığı un
- 2 xörək qaşığı bitki yağı
- 50-70 ml su
- 2-3 xörək qaşığı manna yarması
Xoş Rəngli və Faydalı Balqabaqlı Toyuq Kotletinin hazırlanma qaydası:
İlk öncə qabığı soyulmuş balqabaq dilimlərini sürtgəcədən keçirin. Soğanın qabığını soyub 3-4 hissəyə bölün. Blenderin qabına soğan və sürtgəcdən keçirilmiş balqabağı töküb yüngülcə qarışdırın. Sarımsağı sarımsaqəzəndən keçirin. Toyuq filesinin qiyməsinin üzərinə blenderdə əzilmiş balqabaqlı qarışığı, yumurta, sarımsaq, duz və istiot əlavə edib qarışdırın. Kotlet çox duru alınarsa bir az manna yarması əlavə edə bilərsiniz. Hazırladığınız kütlədən kotletlər hazırlayın və yüngülcə una bulayın. Kotletləri hazırladıqda qiymə yapışmasın deyə əllərinizi su ilə yüngülcə isladın. Tavada yağı qızdırın. Kotletləri iki tərəfli 5-6 dəqiqə qızardın. Bir az su əlavə edib tavanın qapağını örtün və aşağı istilikdə daha 7-10 dəqiqə bişirin. Bu qaydayla kotletləri bişirib süfrəyə verin.
Nuş Olsun!