Çayın Yanına 15 Dəqiqəyə Dadlı Peçenyenin tərkibi:
- 1 ədəd yumurta
- 100 ml bitki yağı
- 100 qr şəkər tozu
- 280 qr un
- 1 çay qaşığı qabartma tozu
- üzəri üçün şəkər tozu
Çayın Yanına 15 Dəqiqəyə Dadlı Peçenyenin hazırlanma qaydası:
İlk öncə bir qaba yumurta, bitki yağı və şəkər tozu töküb tel çırpıcıyla yaxşıca qarışdırın. Üzərinə unu və qabartma tozunu hissə-hissə töküb ələ yapışmayan xəmir yoğurun. Xəmirdən qoz böyüklüyündə toplar düzəldin. Bir qaba 2-3 xörək qaşığı şəkər tozu səpin və xəmirdən hazırlanan kündələri bir-bir şəkər tozuna bulayın. Daha sonra bir boşqaba qoyub üzərindən yüngülcə basın ki, şəkər tozunun kristalları yapışsın. Kiçik bir fincan ilə peçenyelərin səthində çuxurlar düzəldin. Zövqə görə başqa bir naxış yarada və ya ümumiyyətlə onsuz edə bilərsiniz. Bu qaydayla xəmir qurtarana qədər peçenyeleri hazırlayın. Peçenyeləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Peçenyelər hazırdır! İsti peçenyeləri isti çayın yanına süfrəyə verə bilərsiniz.
Nuş Olsun!