Günün ən vacib yeməyi səhər yeməyidir. Səhər yeməyinin əvəzolunmazı yumurtanın müxtəlif bişirmə variantları var. Az bişmiş, orta bişmiş, yumşaq qaynadılmış kimi bir çox fərqli növdə hazırlanan yumurtalar bir protein anbarıdır. Qida dəyəri yüksək olan yumurtalar neçə dəqiqə qaynadılır, yumurtanın bişmə dərəcələri necə tənzimlənir? Evdar.az yumurtanın qaynadılma vaxtlarını təqdim edir.
Bol protein tərkibinə görə süfrədə vazkeçilməz olan yumurta, sağlamlığımız üçün də çox əhəmiyyətli bir qida qaynağıdır. Səhər yeməyinin vazkeçilməzləri olan yumurtalar qaynama müddətləri, yumşaq qaynadılmış, bərk bişmiş və orta bişmiş kimi bir çox fərqli üsulla bişirilir.
Yumurtaların növlərinə görə qaynama dərəcələri bunlardır:
Axışqan yumurta
Axışqan yumurta; az bişmiş ağı və çox az bişmiş sarısı olan axan yumurtadır. Axışqan yumurta üçün 2-3 dəqiqə bişirmək kifayət edəcək.
Qaynadılmış yumurta
Yumşaq qaynadılmış yumurtanın ağı bişirilir və sarısı maye konsistensiyaya malikdir. Kiçik qazana su töküb yumurtanı içinə qoyun, qaynamağa başlayandan sonra cəmi 3 dəqiqə bişirin. Qazandan çıxarıb soyuq suyun içərisinə qoyun.
Ərik kimi bişmiş yumurta
Ərik rənginə və konsistensiyasına malik yumurtanın ağı yaxşı bişirilir, sarısı axmayacaq qədər yumşaq olur. Bunun üçün su qaynadıqdan sonra yumurtanı 4 dəqiqə bişirin. Bişən yumurtanı qazandan çıxarıb soyuq suya qoyun ki, daha bişməsin.
Sərt yumurta
Sərt qaynadılmış yumurta ağı və sarısı bərk qaynadılmış yumurtalardır. Bərk yumurta üçün qaynadıqdan sonra 5,5-6 dəqiqə bişirin. Vaxt bitdikdən sonra onu birbaşa soyuq suyun altına qoyun.
Çox sərt yumurta
Çox sərt yumurta ağı və sarısı çox bişmiş yumurtalardır. Yumurtanı qaynadandan sonra ən azı 7-8 dəqiqə, ən çoxu isə 12 dəqiqə bişirmək lazımdır.