Category: Balıq Yeməkləri, Salatlar
Yields:
1 Serving
Balıq yeməklərinin yanında süfrəyə çox ləziz və asan hazırlanan narlı, soğanlı salat verə bilərsiniz. Evdar.az narlı, soğanlı salatın reseptini təqdim edir.
Narlı, soğanlı salatın tərkibi:
- nar dənələri
- nar turşusu (zövqə görə alça turşusu, zoğal turşusu)
- soğan
- duz
- limon şirəsi
Narlı, soğanlı salatın hazırlanma qaydası:
İlk öncə narı dənələyin. Soğanı yarım halqa formasında doğrayın. Bir qaba doğranmış soğan töküb üzərinə duz əlavə edin. Üzərinə nar dənələri, limon şirəsi və zövqə görə nar turşusu və ya alça turşusu əlavə edib qarışdırın. Bu ləziz salat balıq yeməklərinin yanına çox yaraşır.
Nuş Olsun!