Qarğıdalı saçağı çayı, kənd təsərrüfatı bitkisi olan qarğıdalının qotaz hissəsindən hazırlanan çaydır. Lent şəklindəki qarğıdalı qabıqları ilə qarğıdalı arasında olan bu qotazlar xalq arasında qarğıdalı saçağı kimi tanınır. 10 -30 sm uzunluğundakı bu saçaqlar həm çay kimi, həm də dərman kimi istifadə edilir. Evdar.az qarğıdalı saçağı çayının hazırlanma qaydası və faydaları haqqında məlumatı təqdim edir.
Qarğıdalı Saçağı Çayı Necə Dəmlənir?
Qarğıdalı saçağı çayı hazırlamaq üçün ilk olaraq seçilən qotazları xırda doğrayın və qaynayan suyun içərisinə atın. Qarğıdalı saçağı çayı hazırladıqda qotazları su ilə birlikdə qaynatmayın. Suyun içərisinə atılan qarğıdalı saçaqlarını 10 -15 dəqiqə qapağı örtülü dəmləyin və süzüb için.
Çay üçün istifadə edilən ölçü: 1 stəkan suya xırda doğranmış 2 çay qaşığı saçaq
Eyni zamanda qarğıdalı saçağı çayının arıqlatmaq xüsusiyyəti var. Bunun üçün gilas saplağını qarğıdalı saçağı ilə birlikdə qaynadıb için.
Qarğıdalı Saçağı Çayının Faydaları Nələrdir?
- Sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiya kimi xəstəliklərin müalicəsində istifadə edilir. Qarğıdalı saçağı çayı bu xəstəliklərə qarşı istifadə edildikdə boymadərən ilə birlikdə hazırlayın.
- Qarğıdalı saçağı çayı bədənə qüvvət verir.
- Qırxaçar çayı kimi yel ağrılarına yaxşı təsir edir.
- Qan şəkərini tarazlaşdıran qarğıdalı saçağı çayı pəhriz edərkən arıqlamağa köməkçi olur.
- Sidik qovucu xüsusiyyətə malik olan qarğıdalı saçağı çayı böyrək daşının əmələ gəlməsini qarşısını alır.